Pandalar haqqında maraqlı məlumatlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 164
Səs ver:
(səs: 0)
Nəhəng bir oyuncağa bənzəyən bu heyvanları hamımız görmüşük. Bu sevimli heyvanların yalnız bambuk yediyini bilirdinizmi? Məsələn , böyük panda gündə 15 kilo bambuk yeyir. Bu da ildə 6 ton bambuk deməkdir. Buna görə günün hər saatı yemək yeyirlər.

Pandaların çox maraqlı bir xüsusiyyəti vardır. İndi öz əlinizə baxın, 5 barmağınız var. Amma pandaların artıq bir dənə barmağı daha var. Hər işi asanlaşdıran Rəbbimiz , pandalara altı barmaq verərək yeməklərini möhkəmcə tutmalarını və asanlıqla yemələrini təmin etmişdir. Pandalar hər zaman soyuq və rütubətli mühitlərdə yaşayırlar. Buna görə balalarını mağara kimi yerlərdə doğurlar. Pandaların , kiçik və sevimli bir oyuncağa bənzəyən balaları doğulduqlarında gözləri bağlıdır və uzun müddət elə qalır. Ümumiyyətlə, sentyabr ayında doğulan balaların boyları 10 sm və bu körpə pandalar 142 qram ağırlığında olurlar. Çox tez inkişaf edib böyüyən pandalar , doğulduqlarında analarından 800 qat daha kiçik, doqquz aylıq ikən 27 kilo olurlar. Bununla birlikdə, bala pandalar yetkin pandalardan daha yaxşı eşidir. Gözləri açıldıqdan sonra bu vəziyyət dəyişir və tarazlanır. Panda balası 1.5 yaşına gəldiyində 50 kq ağırlığına çatır və bambuk yeyə biləcək qədər güclü və sərt dişlərə sahib olur. Artıq onun üçün anasının yanından ayrılma vaxtı gəlir. Bu dövrlə əlaqədar ən əhəmiyyətli detal pandanın çox şəfqətli və mehriban bir ana olmasıdır.

Pandanın digər bir xüsusiyyəti də təcavüzkar olmamasıdır. Tek bacardığı əlləri ilə ağacları cırmaqlamaqdır . Bunu da dırnaqlarını təmizləmək və düzəltmək üçün edirlər. Panda çox sakit bir heyvandır , yatarkən özünə insanların yaxınlaşdığını fərq etsə belə rahatlığını pozmadan yatmağa davam edər. Yəni bir gün bir pandayla qarşılaşsanız , onu heç çəkinmədən rahatlıqla sığallaya bilərsiniz.

Pandalar bir az utancaq varlıqlar olduğuna görə insanların olduğu bölgələrə çox girmək istəməzlər. Bu da onların həyat sahəsini olduqca məhdudlaşdırır. Təəssüf ki, insanlar dağlarda daha yüksək yerlərə yerləşməyə davam etdikcə pandaların həyat sahəsi də kiçilməyə davam edir.

4 Fevralda nəsli tükənməkdə olan pandalar üçün Dünya Pandalar Günü keçirilir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri