Dünyanın ən uzun ömürlü heyvanları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 903
Səs ver:
(səs: 0)
İnsan həyatda 90 yaşa və ya daha çoxuna çatarsa, çox uzun ömürlü olduğunu düşünür. Ancaq, heyvanlar aləmində 90 yaş hələ də uşaq yaşı hesab olunur. Bu canlılardan bəzilərinin uzun müddətdir ki, dinozavrların birbaşa qohumları olduğu hesab olunurlar.

1. Qatteriya, 110 yaşdan yuxarı.

Dünyanın ən uzun ömürlü heyvanları

Qatteriya, Yeni Zelandiyada yaşayan kiçik sürünənlərdir. Onlar kərtənkələlər kimi görünə bilər, lakin əslində 200 milyon il bundan əvvəl dünyada yaşayan dinozavrlarla əlaqəli xüsusi xəttin bir hissəsidir. Bu növlərin nəsli kəsilmək üzrə olsa da , bəzilərinin təəccüblü uzun ömrü var- 110 il.

2. Quidak, 168 il.



Quidak, Şimali Amerikanın qərb sahillərində yaşayan böyük bir molyuskadur.
Guidak çox məhsuldardır; onların dişiləri həyat boyu beş milyarddan çox yumurta istehsal edir. Və bu, ən qoca quidakın 168 yaşına çatması üçün təəccüblü deyil.

3. Dəniz kirpisi, təxminən 200 il.



Qırmızı dəniz kirpisi yalnız Sakit okeanda tapıla bilər. Bu növlərin bədəni tamamilə kəskin oxlarla örtülüb və bu oxlar okeanın dibi boyunca özlərini qorumağa imkan verir. Onlar çox gec qocalırlar və buna görə də bəziləri 200 il yaşayır.

4. Qrenlandiya balinası, 211 il.



Qrenlandiya balinası mavi balina kimi məşhur deyil, baxmayaraq ki, o bəzi fərqli xüsusiyyətlərə malikdir. Birincisi, bu balinanın heyvanlar arasında ən böyük ağzı var, ikincisi, bu canlılar 200 ildən çox yaşayırlar ki, bu da dünyada yaşayan uzun ömürlü dəniz məməlisidir.

5. Karplar, 226 il.



Bir qayda olaraq karplar 50 ilə qədər yaşayır, ancaq bunlardan biri, Hanako adlı qırmızı karp, qeydə alınan uzun ömürlü balıq idi. 226 yaşında öldü.

6. Borulu çoxqalxanlı dəniz soxulcanı, 250 ilədək.



Meksika Körfəzinin dərinliklərində tapılan boru qurdlarının növləri 250 ilədək yaşayır. Çox yavaş-yavaş böyüyürlər. Onlar biogen bir yaşayış mühiti meydana gətirərək, yüzlərlə, yüz minlərlə artır.

7. Nəhəng tısbağa, 255 il.



Nəhəng tısbağalar olduqca uzunömürlülüyü ilə məşhurdurlar, lakin nəhəng tısbağa Aldabra, həqiqətən 255 ilində ölən bir nadir heyvan idi. Bir çox alim bunu ən qədim yer heyvanı hesab edir.

8. Qrenlandiya köpəkbalığı, 400 yaşında.



Onlar cinsi yetkinliyə yalnız 150 yaşında çatırlar və adətən 400 ilədək yaşayırlar.

9. Okean venusu, 507 il.



Okean venusu hər il qabığına bir qat əlavə edərək, çox uzun müddət yaşayır. Onlar 505 il yaşayırlar

10. Antarktik süngəri, 1550 il.



Əksər elm adamları Antarktika süngərinin okeanının olduqca aşağı temperaturuna və gec böyüməsinə görə onların əsrlər boyu yaşamağa qadir olduğuna inanırlar. Bəzi hesablamalara görə, ən yaşlı nümunə 1550 yaşındadır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri