Ən güclü eşitmə qabiliyyətinə malik olan heyvan

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 926
Səs ver:
(səs: 0)
Rusiyanın Severtsov adına ekologiya və təkamül institutu ilə birgə Çinin hidrobiologiya akademiyasının mütəxəssisləri, dəniz çoşkasının yüksək tezlikli eşitmə qabiliyyətinə malik olmasını aşkar ediblər.

Qadinla.com bildirir ki, bu heyvan, Yantszı çayında yaşayır.

Alimlərin verdiyi məlumata əsasən, tədqiqat, hidrobiologiya institutunun delfinarisində keçirilmişdir. Bu, dəniz çoşkalarının saxlandığı yeganə delfinaridir. Tədqiqatın əsas məqsədi, antropogen səslərin bu heyvanlara təsirini təyin etməkdir.

Alimlər dəniz çoşkalarının qeyri-adı eşitmə qabiliyyətinə malik olmasını təyin ediblər. Onların səs eşitmə qabiliyyəti, 120-130 kHz diapazonundadır. Bu, dünya üzrə eşitmə qabiliyyətinə görə 1-ci yerdə olan uçan siçanların eşitməsindən daha yüksəkdir.

Dəniz siçanının uzunluğu 1,5 metr, çəkisi isə 100 kiloqramdır. Onların bel üzgəcləri yoxdur, qidaları isə balıqlar, kiçik su heyvanlarıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri