Heyvanlar da stressli anlarda çox yeyir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 531
Səs ver:
(səs: 0)
Avstraliyalı alimlər bəzi insanların stressli və gərgin günlərdə niyə zərərli qidalar yediyini müəyyən edib.

Qadinla.com xəbər verir ki, bu psixika ilə deyil, baş beyinlə əlaqəlidir.

Harvan Tibbi Araşdırmalar İnstitutunun (Avstraliya) əməkdaşları laboratoriya siçanlarını iki qrupa bölərək, onların üzərində təcrübə keçirib. Birinci qrupun siçanları adi qəfəslərdə, ikinci qrupdakılar isə daha sterssli şərtlərdə saxlanılıb.

Gəmiricilərin qida rasionu da fərqləndirilib. Belə ki, birinci qrup balanslaşdırılmış qidalarla qidalandırılıb, ikinci qrupa isə yüksək yağ tərkibli qidalar verilib.

İki həftə sonra nəticəyə baxılıb. Belə ki, sağlam qidalandırılan siçanlar saxlanıldıqları şərtlərə baxmayaraq çəki yığmayıb. Yağlı qidalar verilən siçanlar isə müxtəlif formalarda kökəlib.

Müəyyən edilib ki, siçanlar da gərgin vəziyyətlərdə insanlar kimi çox yeyir.

Stress yaşayan və yağlı qidalar yeyən siçanlarda insulin səviyyəsi birinci qrupa nisbətən daha yüksək olub.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri