Əcdadları dinazavrlar olan timsahlar haqqında maraqlı faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 781
Səs ver:
(səs: 0)
1. Timsahları tez tez alliqatorlarla dəyişik salırlar. Halbuki bu iki fərqli heyvandır, bənzər olsalar belə.

2. Timsahlar Məhv olmuş dinozavrların bir nümayəndəsidir.

3. Qəribə də olsa timsahların yaxın "qohumları" quşlardır.

4. Timsahlar çox hiyləgər və səbrlidirlər. Su içməyə yığışan heyvanları gördükdə, timsahlar həmin yeri ağızlarında gətirdikləri su ilə sulayıb sürüşkən edirlər. Bununla da su içən heyvanların sürüşməsinə nail olurlar. Məhs bu xüsusiyyətlərinə görə də "timsah gözyaşları" deyimi yaranıb.

5. Timsahlar, alliqatorlardan fərqli olaraq həm şirin həm də duzlu suda yaşaya bilirlər.

6. Yeməkdən doymuş timsah, növbəti qurbanı ona çox yaxın olsa belə, ona toxunmur. Çünki buna sadəcə tənbəllik edir.

7. Timsahın dişləri iki ildə bir dəfə yeniləri ilə əvəz olur.

8. Əsasən suda yaşayan timsahlar, yumurtalarını quruda qoyurlar.

9. Timsahlar 100 ilə qədər, hətta bundan da çox yaşaya bilərlər.

10. Bir neçə timsah növləri arasında qannibalizm inkişaf edir. Çətinə düşəndə onlar bir birlərini yeyə bilirlər.

11. Özünə yetəri qədər piy qatı yığmış timsah, 6 aya qədər qida qəbul etməyə bilər.

12. Timsah yumurtaları əgər 31-11 dərəcə temperaturda saxlanılıbsa o zaman yumurtadan çıxan balalar erkək olur. Əgər temperatur aşağı olsa bala timsahlar dişi olurlar.

13. Timsah ağzının açılıb yumulmasına fərqli əzələlər cavabdehdir. Ağızı yuman əzələlər daha güclü olur, açan əzələlər isə zəif. Ona görə də bir yetkin adam timsahın ağzını açmasına əlləriylə tutaraq mane ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri