Nəhəng ilan ANAKONDA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 820
Səs ver:
(səs: 0)
1. Dişi anakondalar erkək anakondalardan daha uzun olurlar.

2. Yetkin anakondanın uzunluğu nadir hallarda 5 metrdən çox olur. Ancaq 6 metrdən uzun olan anakondaların mövcudluğu barədə heç bir sübut yoxdur. Halbuki əfsanələr 15 metrlik anakondaların mövcudluğundan bəhs edir.

3. Geniş yayılmış fikrə zidd olaraq anakondalar heç də dünyada ən uzun ilan növü deyillər. Onlar çəkilərinə görə ən böyükdürlər, uzunluqlarına görə isə setkalı pitonlara uduzurlar.

4. Anakondalar quruya yalnız qida axtararkən çıxırlar, ömürlərinin çox hissəsi suda keçir.

5. Yetkin anakonda asanlıqla bir insanı uda bilir.

6. Anakondalar əsasən təkbaşına dolanırlar. Yalnız aprel və may aylarında, cütləşmə zamanı qrup şəklində toplaşırlar.

7. Digər ilanlardan fərqli olaraq anakondalar dərilərini də suyun altında dəyişirlər.

8. Çəkiləri 100 kiloya çata bilər.

9. Alimlər güman edirlər ki anakondalar xüsusi olaraq insan ovuna çıxmir. Sadəcə biz onlar üçün təsadüfi yem ola bilərik.

10. Ova tez tez çıxmırlar. Çünki birdəfəyə udduqları qurbanı 2-3 həftəyə həzm edirlər. Bu vəziyyətdə demək olar ki tərpənmirlər.

11. Mədələrindəki turşu maddəyə görə, öz qurbanlarını sümükləri ilə birlikdə həzm edə bilərlər.

12. Anakondalar da yumurtlamaqla çoxalsalar da, yumurtanı bətnlərində yetişdirirlər və nadir hallarda kənara yumurta qoyurlar.

13. Bir dəfəyə dişi anakonda 30-40 bala verə bilər ancaq onların heç də hamısı sağ qalmır. Hamiləliyi 7 ay davam edir. Bu müddətdə ilan çəki itirir və az yeyir.

14. Öz böyük ölçülərinə baxmayaraq anakondalar da qurbana çevrilə bilərlər. Yaquarların və timsahların da anakondaları uğurla ovladığı hallar mövcuddur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri