Heyvanlar müharibədə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 221
Səs ver:
(səs: 0)
Tarix boyu hərbi münaqişədə insanlar heyvanların və quşların xidmətindən geninə-boluna yararlanıblar.

Məsələn, radio ixtira edilənədək göyərçinlər hərbçilər tərəfindən ən yaxşı əlaqə vasitəsi kimi istifadə olunurdu. Cəbhəni bir başından o biri başına məxfi məlumatı tez çatdırmaqdan ötrü göyərçindən yaxşı nə ola bilərdi axı?

Hətta hərbi təltiflər alan göyərçinlər də vardı. Birinci Dünya müharibəsində ingilislərin ordusuna böyük xidmətlər göstərmiş 888 kod adlı poçt göyərçininə polkovnik rütbəsi verilmişdi.

Maraqlıdır ki, poçt göyərçinlərinə qarşı da elə quşlardan istifadə olunurdu.

Britaniyalılar görəndə ki, almanların da əlaqə yaratmaq üçün göyərçinlərdən istifadə etdiyini görəndə əks plan hazırladılar. Cəbhəyə xüsusi öyrədilmiş şahin quşları gətirildi. Britaniyalıların şahinləri almanların poçt göyərçinlərini həvəslə parçalayırdılar. Nəticədə, alman ordusunun müxtəlif bölmələri arasında əlaqə zəifləyir, onlar məğlubiyyətə uğrayırdılar.

Donuzlar fillərə qarşı

Antik Asiya ölkələrinin qoşunlarında fillərdən geniş istifadə olunurdu. Qədim dövrlərin bu cür “tank”ları əsgərlərdə vahimə və xof yaradırdı. Fillər qarşılarında duran ordunu əzib keçirdilər.
Amma fillərə qarşı da effektli müdafiə vardı. Rəqib ordunun əsgərləri fillərə qarşı başlarına süni xortum keçirilmiş donuzları buraxırdılar. Fillər xortumlu donuzları gördükdə dayanırdılar. Elə bilirdilər ki, bunlar kiçik fil balalarıdır. Bununla hücum səngiyirdi.

Amma ikinci variant da vardı. Bu variant daha amansız idi. Donuzların üstünə yandırıcı maddə vurub alışdırırdılar. Yanan donuzlar fillərə doğru qaçırdı. Alovdan qorxan fillər qorxaraq geriyə qaçır, öz ordusunun əsgərlərini tapdalayıb əzirdilər. Bu variant birinciyə nisbətən daha effektli sayıldığından daha çox istifadə olunurdu.

İlanlar və kamikadze eşşəklər

Karfagen hökmdarı Hannibal ilanlardan istifadə etməyi sevirdi. Əsasən də dəniz döyüşlərində…

Bunun üçün gəminin göyərtələrinə saxsı qabların içində çoxlu zəhərli ilan yığılırdı. Düşmən gəmilərinə yaxınlaşdıqda Hannibalın əsgərləri həmin qabları düşmən gəmisinin göyərtəsinə tullayırdılar. Saxsı qablarda istidən qıvrılan ilanlar azadlığa çıxan kimi qarşılarına keçəni sancırdılar. Əsgərlər düşmənlə döyüşmək əvəzinə ilanlardan can qutarmağa çalışırdı. Döyüş ruhları qırılırdı. Xof, qorxu məğlubiyyəti təmin edirdi. Hannibal bu üsulla düşmən donanmalarını məhv edirdi.

Tarix boyu orduda atlardan, dəvələrdən, qatırlardan əsasən yük çəkmək üçün istifadə edilib. Amma eşşəklərdən kamikadze kimi yararlanıblar. Heyvanın belinə partladıcı maddə yerləşdirilir və o, düşmən ərazisinə göndərilir. Eşşək yolunu azmasın, təsadüfi səslərdən qorxmasın deyə onu əvvəlcədən kar edirlər.

Bu üsul Əfqanıstanda, Qəzza zolağında gedən döyüşlərdə hələ də aktualdır.

Kabildə kamikadze eşşəklər onlarla NATO əsgərinin ölümünə səbəb olub.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 221
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Maraqlidi.Heyvanlar arasinda da muharibe olurmus
15 sentyabr 2019 23:03
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
kivircik
Bu barede melumatim yox idi oyrenmish oldum teshekkurler
15 sentyabr 2019 22:12
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri