Sahibinin qürur qaynağı olan KANQAL çoban itləri haqda

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 98
Səs ver:
(səs: 0)
Şir tək qüvvətli və cəsarətli olan bu çoban itləri vəhşi heyvanları tələf etmələriylə məşhurdur.

Kanqal Türkiyənin əsasən Sivas bölgəsinə xas olan təmiz çoban iti cinsidir. Normal Kanqal çoban itinin boyu 70-80 sm, çəkisi 50-70 kq olur.

Dünyada misli görülməmiş it növü olan Kanqal çoban itləri İngiltərə və Amerikada xüsusi dərnəklərdə yetişdirilir. Son 10-15 ildir ki, bu it cinsinə Türkiyədə də böyük maraq artıb.

Kanqal çoban itləri çox cəsur, sürətli və çevikdirlər. Qadın və uşaqlara ürəkdən bağlı olan, pis niyyətli kəslərə qarşı son dərəcə güclü silah olan Kanqal itləri çox ağıllı, intuitiv və sahiblərinə hədsiz bağlı olurlar. Sahibi tərəfindən danlandıqda günahkar uşaq kimi başını aşağı əyər, sahibinin gözlərinə məsum baxaraq, bağışlanmasını istəyər. Hisslərini təkcə hərəkət, mimika və jestlərlə deyil, çıxardıqları müxtəlif səs tonlarındakı hürmələrlə də bəlli edirlər.

1960-cı ildən turistlər tərəfindən Avropa ölkələrinə gətirilən və 1988-ci ildə Beynəlxalq Kinologiya Federasiyasında qeydə alınan Kanqal itlərinin davranışları bu şəkildə müəyyən edilib:

- Aqressiv deyil, sakitdir

- Cəsur və qərarlı

- Asılı deyil

- Çox ağıllı və dözümlü

- Qürurulu və özündən əmin

- Sahibinə sadiq və itaətkar

- Sevimli və dayanıqlı

- Yadlara qarşı şübhəli

- Asan təlimləndirilir

Kanqal itləri öhdəliklərində olan işə çox sadiqdirlər. Belə ki kəndlilərin dediklərinə görə, Kanqal itləri dağda sürüdən ayrılan və arxada qalan qoyunun yanında günlərlə ac və susuz gözləyirlər. Bu itə sahib olan kəndlilərin ən böyük qürur qaynağı Kanqalların qurdu boğmalarıdır. Lakin çoban iti daxili qoruma hissinə sahibdir və sürüsünü qoyub qurdun dalınca qaçmaz. Elə ən özəl xüsusiyyəti də budur.

Yüz illər keçməsinə baxmayaraq, çoban itləri cinslərində dəyişikliyə icazə verməyiblər və qan bağına çox bağlıdırlar. Təbiətdə azad olsalar belə, bu itlərin başqa bir cinslə cütləşməsi mümkün deyil. 1975-ci ildə hərbi məqsədlər üçün təlim görmüş Kanqallar o vaxtdan bu günə kimi bacarıqları ilə diqqət çəkiblər.

Kanqal çoban itinin 7 əsas xüsusiyyəti:

- Zəka

- Etibarlılıq: sürüdəki heyvanlara və sahiblərinə zərər verməməlidir

- Diqqətli olması: tapşırılan işdə diqqətli olmalıdır

- Qoruyucu olması: Yad adama qarşı reaksiya verməli, hürüb hücub etməli

- Güc: düşməni, oğru və ya qurdun qarşısını alacaq gücə sahib olmalıdır.

- Sürət: Düşmənin arxasınca qaçıb onu tutacaq sürətdə olmalıdır.

- Cəsarət: ən vacib xüsusiyyətdir. Çünki cəsarəti olmayan bir it digər 6 özəlliyə sahib olsa da faydasızdır.

Kanqallar müəyyən fəsillərdə, xüsusən də yaz, yay və qışda hirsli olurlar. Lakin iqlimə görə dəyişə bilir. Bir dəfəyə 7-8 balası olur və hər birinin çəkisi 550 qram ağırlığındadır.

Dişi çoban itləri 180 gündən bir çoxalmağa meyilli olurlar. Erkək itlər dişinin çoxalma dövründə buraxdığı qoxunu alarsa, hərəkətə keçirlər. Bu zaman dişi it ona yaxınlaşan erkək itlərdən öz seçdiyinə qarşılıq verir və cütləşir. Lakin mayalanmadan əmin olmaq üçün cütləşməni 24-48 saat sonra yenə təkrarlamaq lazımdır.

Lakin zamanında cütləşməyən heyvan narahatlıq yaşayır və qeyri-adi hərəkətlər etməyə başlayır. Cinsiyyət orqanı şişməyə, bir neçə gün vaginadan qanlı və xüsusi qoxulu axıntı axmağa başlayır. Bu qoxu isə erkək itlərə yüzlərlə metr uzaqlıqdan təsir etmək gücünə malikdir. Odur ki, cütləşmə dövründə yaxşı döl ala bilmək üçün erkək itlə dişini 3 gün qapalı bir yerdə saxlayırlar. Bu müddətdən sonra mayalanan dişi it artıq erkəyi qəbul etmir və sakitləşərək itaətkar olur.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 98
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Snow White
Usaq vaxti bir itim varidi olenenen sonra basqa itlerden xosum gekmiyib
14 oktyabr 2019 22:03
2
But my dear it's not wonderland and you are not Alice:((
Online
BARBI
Sevdiyim it novudur.Sadiq heyvandir ama qorxuludu
13 oktyabr 2019 21:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri