Heyvanlar haqqında 100 maraqlı fakt

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 4 240
Səs ver:
(səs: 5)
Heyvanlar haqqında 100 maraqlı fakt

1.Əgər şirlə ağ ayı dalaşsalar, ağ ayı qalib gələr.Bir inək gün ərzində orta statistik hesabla 400 litr metan qazı buraxır.Öküzlər – daltonikdirlər.
2.Hindistanda 50 milyon meymun var.
3.Bir toyuq ildə orta hesabla 190 yumurta verir.
4.Qu quşu – xarici cinsi orqanı olan yeganə quşdur.
5.Dili çəhrayı rəngdə olmayan yeganə it cinsi – çau-çaudur.
6.Qızıl balığın yaddaşı 3 saniyədir
7.Ən yüksək qan təzyiqi – zürafədə qeydə alınıb. 
8.Bütün canlı varlıqlar içərisində yalniz itlər və insanların prostatı vardır. 
9.Tropik bir meşənin 10 kvadrat metrindəki həşəratların sayı, Novosibirskdəki insanların sayından çoxdur. Səhranın 1 kvadrat kilomertrindəki həşəratların sayı, bütün dünyadakı insanların sayından çoxdur.
10. Ən ağıllı it cinsi border-kollidir. 
11.Ən axmaq it cinsi əfqan borzları hesab olunur. 
12.Aslanlar gün ərzində 50 dəfədən çox cütləşə bilərlər.
13.Dəvələr susuz iki həftə dözə bilərlər. 
14.Zürafələr dəvələrdən də çox susuz qala bilərlər
15.Siçovullar susuzluğa hamısından çox dözümlüdürlər.
16.Kenqur siçovulu ümumiyyətlə su içmir. Kenqur siçovuluna maye o qədər az lazım olur ki, özünün cüzi rasionundakı su ona bəs eliyir. 
17.Keçi südündə inək südü ilə müqayisədə 5 dəfə az yağ var.
18.İnək südü bir saata həzm olunur, keçi südü isə 20 dəqiqəyə.

21. Ən böyük pələng - ussuriya pələngidir. Boynunadək hündürlüyü 115 sm-ə qədər, bədəninin maksimum uzunluğu – 3 metrdən çox, maksimum çəkisi- 280 kq-dır.

22. Ən böyük timsah ABŞ-nın Florida ştatında tutulmuşdur. Onun uzunluğu 4 metr 35 santimetr, çəkisi təqribən 297 kiloqram olmuşdur.

23. Tısbağaların ömrü insanların ömrü ilə oxşardır. Onların bəziləri 100 ildən çox yaşayır.

24. Ən sürətli quruda gəzən həşəratlar – tarakanlardır. Onlar saatda 6,5 km sürətlə qaça bilərlər.

25. Qarışqalarda işçi və qoruyucu funksiyaları erkəklər yerinə yetirir. Dişi qarışqaların yalnız bir  vəzifəsi var -cütləşmə.

26. Yer üzündə bütün məlum canlı orqanizmlərin 95 %-i – onurğasızlardır.

27. Elmə 1100000 növ buğumayaqlılar, 24500 növ balıqlar, 9000 növ məməlilər və quşlar, 8000 növ sürünənlər, 5000 növ suda-quruda yaşayanlar və 260000 növ bitkilər məlumdur.

28. İrlandiya, İslandiya, Qrenlandiya və Antarktidada ilan yoxdur.

29. Basenci – hürməyi bacarmayan yeganə it cinsidir.     

30. Nəhəng su ilanının dilinin üzərində dişləri olur.

31. Bayquşlar xəz, lələk və sümükləri həzm etmir. O, onları yeməkdən bir neçə saat sonra gəyirərək çıxarır. 

32. Tüpürən hind kobrası zəhərini 2,4 metr uzaqlıqdan qurbanının gözünə tüpürməyi bacarır.

33. Yaralı və ya qorxmuş opossum (kisəli siçovul) özünü ölülüyə vurur – gözləri donur, agzı köpüklənir, anal vəzləri üfunət iyi ifraz edir. Təhlükə ötüb keçdikdən sonra opossum dirilir və sağalır.

34. Dişi yarpaq bitləri hamilə doğulurlar.

35. Yetişkin taxtabiti qidasız bir il yaşaya bilər.

36. Qayahörümçəyi qidasız iki il yaşaya bilər.

37. Asiya nəhəng eşşək arısının dişləməsi digər  bütün həşəratlardan ağrılıdır. Ona Primorsk vilayətində rast gəlinir.

38. Bir yataqda orta hesabla 6 milyard toz gənəsi yaşayır.

39. Qarışqalar yatmırlar.

40. Cırcıramalar istənilən istiqamətdə - irəli, geri, yana uça bilirlər. Onlar ən sürətli uçan həşəratlardır, sürətləri saatda təxminən 100 kilometrə çatır.

41. Yer üzündə bütün qidanın üçdə birini həşəratlar yeyirlər.

42. Ağcaqanadlar böyüklərdən çox uşaqları, sarışınlardan çox qaraşınları sevir. Onların sevimli rəngi mavidir.

43. Dünyada 2500 növdə ağcaqanad var. Planetdəki digər bütün canlı varlıqları birgə götürüb  ağcaqanadla müqayisə etdikdə, ağcaqanadlar daha çox insan ölümünə səbəb olur.

44.  Məməlilərin qanı qırmızı, həşəratların qanı sarı, xərçənglərinki isə mavidir.

45. Arıların vızıltı səsi dəqiqədə 11400 dəfə çırpılan dörd qanaddan çıxır. Arının uçuş sürəti – saatda 25 kilometrdir.

46. Birələrin tullanma başlanğıcındakı sürəti kosmik raketin orbitdəki sürətindən çoxdur.

47. Qara hörümçək növü zınqırovlu, zəhərli ilanların duludur.

48.  Bir arı, bütün ömrü boyu yalnız 12 çay qaşığı bal istehsal edir.

49. Arılar bütün zəhərli ilanların hamısıyla birgə müqayisədə daha çox insan ölümünə səbəb olur.

50. Ana arı bir dəfəyə bir neçə yumurta qoyur, onlardan da yeni kraliçalar çıxır. Yenicə yumurtadan çıxan kraliçanın ilk işi, hakimiyyəti tək idarə etmək üçün, nisbətən ləng olan bacılarını öldürmək olur. 

51. 10 ən ölümcül həşəratlar azalma sırası ilə aşağıdakı kimidir: ağcaqanad, birə, arı, sese milçəyi, atəş qarışqası, çəyirtkə, eşşək arısı, afrika qarışqası, asiya eşşək arısı, öpüş taxtabiti.

52.  Öpüş taxtabitinin adı, onun insan bədənində daha dərindən qan sora bilmək üçün seçdiyi ən sevimli yerin ağız kənarları olmasından irəli gəlir.

53.  Yer tarixində ən kütbeyin heyvan steqozavr olmuşdur. O, 3 tonluq bədən çəkisinə malik olduğu halda,  beyini yunan qozu ölçüsündə olmuşdur.

54.  Akulalar xəstələnmirlər.

55. Akulanın skeleti çəkisinin 60 %-ni təşkil edən qığırdaqlardan ibarətdir.

56. Kəpənəklər yeməyin dadına ayaqlarının ucu ilə baxırlar.

57. Delfinlər bir gözləri açıq yatırlar.

58. Yeni doğulmuş fil balasının çəkisi 100 kiloqram olur.

59. Ana fil, balasını 22 ay bəsləyir.

60. Şimali amerika dişi opossumu (kisəli siçovul) öz nəslini 8 gün bəsləyir. 

61. Birələr yalnız tullanaraq hərəkət edə bilirlər. Onların ayaq əzələləri mancanaq kimi inkişaf etmişdir. Bu ayaqlar enerjini toplayır və birəni “güllə kimi” irəli tullayırlar.

 62. Insanlar nəhəng diri kalmarın şəklini yalnız 2006-cı ildə çəkə biliblər. Bu yarım tonluq vəhşi məxluq, 200 metrdən bir kilometrə qədər dərinlikdə yaşayır.

63.  Imperator pinqvinləri 500 metrə qədər dərinliyə dala və 18 dəqiqə nəfəslərini saxlaya bilirlər.

64. Hörümçəklərin 8, həşəratların 6 ayağı var. Hörümçəklər qətiyyən həşərat deyildir, onlar hörümçəkkimilərə aiddirlər.

65. 750 000 növ həşərat və 35 000 növ hörümçək mövcuddur.

66. Həşəratların ağciyərləri yoxdur, onlar bütün bədənləri ilə nəfəs alırlar.

67. Ən kiçik quş – arı-kolibrdir. Onun uzunluğu 5 santimetrdən azdır.

68. Timsahlar daş udmağı sevirlər – bu səbəbdən onların həm həzmetməsi yaxşılaşır, həm də daha dərinə dala bilirlər.

69. Mavi balinalar – yer üzünün ən iri heyvanıdır.

70. Tərəzidə ortayaşlı filin çəkisi, ortayaşlı mavi balinanın dilinin çəkisindən az gəlir.

71. Mavi balinalar – dünyada ən səs-küylü heyvandır. Onların melodik oxumaları insanı kar edə bilər. Eşitməsinə zərər gəlmədən insan 85 desibelə dözə bilər. Rok-konsertdə səsin ucalığı- 100 desibeldir. Mavi balina isə 188 desibel ucalıqda oxuyur və onu 800 kilometr məsafədən eşitmək mümkündür.

72. Straus 2-dən 6-ya qədər sayda dişilərlə ildə üç dəfə cütləşir. Bütün dişilər bir yuvaya yumurta qoyur, sonradan balaların qayğısına ata baxır.

73. Termitlər yüz il dalbadal tikilə və hündürlüyü 6 metrə çata bilər.

74. Ən kiçik uçan həşərat – trixoqramdır. Onların ölçüsü millimetrdən azdır, digər həşəratlar üzərində parazitlik edirlər. Kənd təsərrüfatında onları xüsusi olaraq zərərli həşəratları məhv etmək üçün çoxaldırlar.

75. Bir vaxtlar Avropa, Asiya və Şimali Amerika düzənliklərində ev sahibliyi edən hadrozavrların 960 köklü dişi olub. Əgər təkamül bu xətt üzrə davam etsəymiş, stomatoloqlara pul çatdırmaq mümkün olmazdı.

76.  Albatros saatda 40 kilometr sürətlə uçarkən yata bilir.

77. Ən təhlükəli zəhər kral kobrasının zəhəri hesab olunur.

78. Ikigünlük ceyran saatda 95 kilometr sürətlə qaça bilir.

79. Ilbizlərin cinsi oranları başlarında yerləşir.

80. Siçanların çoxalması o qədər sürətlidir ki, əlverişli şəraitdə 2 siçan yarım ilə 1 milyon siçanlıq nəsil artıra bilər.

81. Dünyada təxminən 500 zoopark var.

82. Qazın bədənində insandakından da çox əzələ vardır.

83. Beliz – dünyada yeganə dövlətdir ki, orada yaquarlar qanunla qorunurlar.

84. Siçovullar dəvələrdən də çox susuzluğa dözə bilərlər.

85. Arıquşları öz balalarını sutka ərzində min dəfə yemləyirlər.

86. Qədim misirdə əkin sahələrinin əsas düşməni nə böcəklər, nə də hətta çəyitkələr deyil, hippopotamlar (begemot) hesab olunurdu.

87. Dişi armadilin unikal bir xüsusiyyəti var. Stresli vəzyyətlərdə o, doğuşu iki il müddətinə qədər ləngidə bilər.

88. Qurbanına hücum edən akulalar çırpınan şikarlarının onları yaralamaması üçün gözlərini yumurlar.

89. Skunslar eyni zamanda həm dişləyib, həm də iy buraxa bilmirlər.

90. Mola Mola balığı (və ya okean günəş balığı) bir dəfəyə 5 000 000 yumurta qoya bilir.

91. İlbizlərin hərəkət sürəti – 1,5 mm/san

92. Erkək imperator güvəsi dişisini iki kilometr məsafədən hiss edib tapa bilər.

93. Pələnglərin ön pəncələrində beş, arxa pəncələrində isə dörd barmağı olur. Pələng caynaqları 8-10 sm uzunluğa çatır.

94. Lunckia columbiae adlandırılan müxtəlif görünüşlü dəniz ulduzu, 1 sm uzunluqlu hisəcikdən bədənini tam formalaşdıra bilir.

95. Pələnglərin qaranlıqda görmə qabiliyyəti, işığı retinaya geri əks etdirmə mexanizminə görə insanlarınkından altı dəfə yaxşıdır.

96. İlanlar heç bir qida qəbul etmədən 3 il dalbadal yata bilirlər.

97. Birələr bir tullanışda 33 sm-ə tullana bilirlər. Əgər insanlar belə tullana bilsəydilər, 213 metrə tullanardılar.

98. Yer üzündə təxminən 4000 sayda su və quru qurbağası növü mövcuddur.

99. Pələnglərin qaranlıqda görmə qabiliyyəti, işığı retinaya geri əks etdirmə mexanizminə görə insanlarınkından altı dəfə yaxşıdır.

100. Hippopotamlar (begemot) fillərdən sonra yer üzündə ən ağır çəkili məməlilərdir. Onların çəkisi 4 tona çata bilər.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 4 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri