Əqrəblər haqqında nə bilirsiz?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 332
Səs ver:
(səs: 0)
Əqrəb zəhərli iynəsi olan hörümçəkkimilər sinfinə aid həşərat yox, heyvandır. Onların heyvan sayılmasının səbəbi diri bala dünyaya gətirməsidir. Bu heyvanların yaşamaq üçün ən sevdiyi yer qumluq, dəniz ətrafı kimi nəm və çox isti yerlərdir. Soyuğun və qarın uzun müddət torpaqda qaldığı ərazilərdə yaşamayan əqrəblərin zəhərinin gücü yaşadığı yerlərə görə dəyişir. Tünd rəngli əqrəblərin zəhər güclərinin daha öldürücü olduğunu söyləmək mümkündür. Araşdırmalara görə, əqrəblərin 1753 növü məlumdur. Onların uzunluğu 20/23 sm ola bilir və 8 ilə qədər yaşaya bilirlər. Lakin az yaşayan növləri də var.

Əqrəblərə toplu halda az rast gəlinir, çünki onlar tək yaşamağı sevirlər. Özünü qorumaq üçün quyruğundakı zəhərli iynəsindən istifadə edir. Bəzilərinin kiçik olmasına aldanmaq olmaz, onların də öldürücü zəhərə malik olduğu təsdiqlənib. Əqrəblərin bir hissəsinin öldürücü zəhəri olduğu halda, digər qismi iflicetmə xüsusiyyətinə malikdir. 

Başlarının yanındakı qısqaclarla ovunu tutur və onlardan istifadə edərək ovunu ağzına yaxınlaşdıraraq yeyir. Qısqacların üzərində duyğu xüsusiyyətlərinə malik tüklər var. Günəşin qızmar saatlarında onlara rast gəlmək çətindir, çünki günəş onları üst qatını qurudur. Ən maraqlı xüsusiyyətlərindən biri çox qürurlu olmasıdır. Əgər siz onu alovlarla əhatə etsəz, azadlıq və qürur hissi onlara güc gələcək və onlar özlərini sancaraq öldürəcəklər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri