Göyərçinlər haqqında

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 4 537
Səs ver:
(səs: 2)
Göyərçinlər qədim zamanlardan sülh quşları hesab ediliblər. Bu heyrətamiz quşlara planetimizn 30-dan çox ölkəsində heykəllər qoyulub. Göyərçinlər sirli və müəmmalı quşlardır. Tarix boyu onların sirlərini açmaq insanlar üçün maraqlı olub. Bu materialımızda sizlərə bu heyrətamiz quşlar barədə bəzi məlumatlar verəcəyik.

Yer üzündə 300 növ göyərçin var. Bu göyərçinlər əsasən tropik zonalar olmaqla planetimizin hər guşəsində məskunlaşıblar. Əlbəttəki, çox soyuq ərazilər istisna olmaqla.

Göyərçinlərin həqiqətən də heyrətamiz görmə qabiliyyətləri var. Onların gözlәrini nə günəş şüası nə də şimşək işığı qamaşdırmır. Hətta bu cür şəraitdə göyərçinlər yerdə daşlar arasında düşüb qalmış kiçik buğda dənəsini görə bilirlər. Günəş şüaları bir yana, hətta lazer şüaları ilə də göyərçinlərin görmə qabiliyyətini sarsıtmaq mümkün deyil.

Bu xüsusiyyəti onların gözünə xüsusi birləşdirici toxumalar verir. Bu toxumalar sıxlığı dəyişmək, şəfaflaşaraq və ya tündləşərək şüaları buraxmamaq kimi xüsusiyyətlərə malikdir. Çox qəribədir ki, bu quşlar insanlara nisbətdə saniyədə daha çox kadr qəbul etməyə malikdirlər. Müqayisə üçün qeyd edək ki, insan gözü saniyədə 24 kadr, göyərçinlərin gözü isə 75 kadr qəbul edə bilir.

Göyərçinlərin bədən quruluşları da özünə məxsus marağa malikdirlər. Qısa lakin möhkəm ayaqları üzərində şişman bədən və kiçik bir baş. Göyərçinlərin lələkləri cod lakin hamar olur. Böyük bir göyərçinin 10 min lələyi olur. Göyrçinlərin bədənlərində lələklərin yerləşmə sistemi uçuş zamanı hava axınına nәzarәt etməyə imkan verir. Bəzi növlərində lələklər qeyri-adi formada olur və bu onlara daha asta surətlə uçmağa imkan yaradır. Başqa bir növ göyərçində isə lələkləri uçuş zamanı xüsusi səslər çıxarmağa imkan verir. Və maraqlısı budur ki, göyərçinlər elə bu səslərin vasitəsilə ünsiyyət qururlar. 
Çöl göyərçinləri digərlərinə nisbətdə başqa cür qruruluşa malikdirlər. Onlar mədələrini doldurduqdam sonra qidanı boğazlarında toplayırlar.

Göyərçinlərin digər maraqlı bir növü “bermingem rollerləri” adlanır. Onlar havada uçan zaman müxtəlif akrobatik hərəkətlər etməyi xoşlayırlar. Alimlər bu quşların niyə bu cür hərəkətlər etməsinin səbəbini aydınlaşdıra bilməyiblər. Göyərçinlərin bu növünə oxşar digər bir növ də var. Onlar “salon rollerləri” adlanır. Onlar da salto vurmağı xoşlayırlar. Lakin uçuş zamanı deyil. Onlar uçmağı bacarmadıqlarından akrobatik hərəkətləri yerdə olarkən edirlər.

Əsasən göyərçinlər rəngarəng olmurlar. Onlar qara, qəhvəyi, göy və boz rəngdə olurlar. Erkək və dişi göyərçinlər öz aralarında oxşar olsalar da erkəklər daha iri və ağıllı olurlar. Həmçinin göyərçinlər arasında elə növlər var ki, məsələn, taclı və meyvəli göyərçinlər dünyanın ən gözəl quşları arasında yer alırlar.

Göyərçinlər kifayət qədər qədimdən insanlar tərəfindən əhilləşdirilməyə başlanıb. İnsanlar onlardan poçtalyon kimi istifadə ediblər. 11-ci cə 12-ci əsirlərdə göyərçinlər cins atlar qədər qiymətli olublar. O zamanlar poçt xidmətləri və telefonların olmadığı dövrlərdə göyərçinlərin bu xidməti olduqca dəyərli hesab edilirdi.

Göyərçinlərin qəhərəmanlıqlar nümayiş etdirdikləri neçə-neçə hadislər tarixdə öz əksini tapıb. Məsələn 1942-ci ildə almanlar ingilis sualtı qayığını vururlar. Qayıq xəsarət alaraq suyun dibinə çökür. Əgər bir cür göyərçin olmasaydı ekipaj həlak olacaqdı. Sualtı qayıqdan kiçik kapsulalar vasitəsilə torpedo aparatı vasitəsilə quşlar buraxılır. Erkək göyərçin sudan çıxana qədər boğularaq ölsədə dişi göyərçin havaya çıxmağa müvəffəq olur və təyin edilən ünvana özünü çatdırır. Sualtı qayığın ekipajı xilas edilir.

Həmin göyərçinin şərəfinə heykəl ucaldılır. Bu hadisə məlum olanlardan yalnız biridir. Göyərçinlərin insan həyatını xilas etdiyi yüzlərlə hadisələr qeyd olunur.
Gəlin, bizi əhatə edən təbiətə hörmət göstərərək onu qorumağa çalışaq. Bunun əvəzində təbiət nümayəndələri də bizə qarşı qarşılıqlı olaraq sevgi ilə cavab verəcəklər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri