Yaxalıqlı tutuquşu

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 859
Səs ver:
(səs: 1)
Yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) və ya Krameri tutuquşusu planetimizin iki kontinentində, Asiya və Afrikada yaşayan yeganə tutuquşu növüdür.

Bədəninin uzunluğu quyruğu ilə birgə 40-42 sm, qanadının uzunluğu isə təqribən 16 sm-dir. Yetkin quşun çəkisi 115-140 qramdır. Ayaqları boz-çəhrayı rəngdədir, dörd barmağı var: birinci və dördüncü arxaya, ikinci və üçüncü barmaqlar isə irəliyə doğrudur.

Yaxalıqlı tutuquşu ağıllı, həm də xarici görünüşcə çox cəlbedicidir. Öyrənmə qabiliyyətli, danışmağı bacaran tutuquşu növüdür, belə ki, səsləri dəqiq təqlid edir. Tutuquşu "kəlam nitqində" və müxtəlif səslərin təqlidində xüsusi qabiliyyətə malikdir. Bir quş təxminən 60 kəlimə xatırlaya bilər, hətda 200-250 söz sahibi tutuquşulara da rast gəlinib.

Bu quşlar ünsiyyətli və xoş xasiyyətlidir, insana möhkəm bağlıdır və mükəmməl tərbiyə olunur.

Krmeri tutuquşusu barəsində ilk məlumata İtaliya-Avstriya təbiətşünası Giovanni Scopolinin əsərlərində rast gəlinir. O, tarixdə zooloq Vilhelm Kramerinin xatirəsini qorumaq məqsədilə tutuquşunu Kramerinin şərəfinə adlandırıb.

Yaxalıqlı tutuquşunun lələkləri əsasən yaşıl və ya yaşıl-sarı rəngdə olur (təbiətdə digər rəngdə yaxalıqlı tutuquşulara da rast gəlinir: ağ, mavi, sarı və hətta ala bəzək). Tutuquşunun dimdiyi demək olar ki, qırmızı və ya çəhrayı rəngdədir. Dimdiyinin altından qara zolaq boynuna kimi uzanır. Məhz bu xüsusiyyətinə görə, tutuquşu “Yaxalıqlı” adlandırılıb.

Maraqlıdır ki, bu halqa erkək tutuquşunu dişi quşdan fərqləndirir. Erkək quş qara halqaya əlavə olaraq dişidə olmayan çəhrayı halqaya da sahibdir. Yaxalıqlı tutuquşu çox səsli küylü quşdur, bu xüsusiyyət də quşun əsas çatışmazlıqlarından biri hesab olunur.

Yaxalıqlı tutuquşunun yaşayış arealı son dərəcə böyükdür.

Yaxalıqlı tutuquşu üçün təbii yaşayış yeri təbii ki, meşədir. Ağaclar onlara gecə-gündüz istirahət yeri, həm də nəsillərini yetişdirdikləri bir ev kimi xidmət edir. Demək olar ki, vaxtlarının əksər hissəsini ağaclarda keçirirlər və nadir hallarda yerə enirlər.

Gün ərzində quşlar yemək axtarır, sonra bir neçə saatlıq istirahət etmək üçün sevimli ağaclarına qayıdırlar. Sonra yenə yemək axtarır və axşam yenidən yuvalarına qayıdırlar.

Krameri tutuquşuları rahat və sürətlə uçurlar, amma yerdə çox zəif, hətta yöndəmsiz, bir ayağından digərinə keçərək hərəkət edirlər. Yaxalıqlı tutuquşu qrup şəklində yaşayır.

Maraqlıdır ki, tez-tez tutuquşular öz sevimli yerlərini tərk edir və insana yaxın ərazilərdə yaşayırlar. İnsanların yanında qida azlığı yaşamırlar və təbii şəraitdə onları təhdid edən yırtıcılar və yuvalarını məhv edən ilanlardan uzaq olurlar.

Ümumiyyətlə, Krameri tutuquşuları müxtəlif relyefə və şəraitə uyğunlaşan bir növdür: düşdükləri hər şəraitə alışa və uyğunlaşa bilirlər.

Krameri tutuquşusunun qida rasionunu müxtəlif növ meyvə, qoz-fındıq və taxıl təşkil edir. Giləmeyvə, çiçəklər, qönçələr və bitkilərin yaşıl hissələri, çiçək nektarını da yeyirlər.

Yaxalıqlı tutuquşu qədim zamanlardan insan tərəfindən öyrədilir. Bəzi qədimi sənədlərdə onların qədim Yunanıstan və Romada rast gəlindiyinə dair yazılara rast gəlinir. Hindistanda təxminən üç min ildir tanınır. Buna görə də o, ən çox yayılmış tutuquşulardan biri hesab olunur.

2-4 yaşlarında tutuquşu yetkinlik yaşına çatır. Yaxalıqlı tutuquşu 25 ilədək yaşaya bilər, lakin 40 və hətta 50 ilədək yaşaya biləcəyi də iddia olunur.

19 noyabr 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 yaxalıqlı tutuquşu buraxılıb.

IDEA-nın “Urban Ecology” (“Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu Bakı şəhərinin iqlim şəraitində də yaşaya və çoxala biləcək.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri