Bal porsuğu

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 916
Səs ver:
(səs: 0)
Bal porsuğu (Honey Badger) — gecə həyat tərzi yaşayan heyvandır. Bu heyvan, kiçik olmasına baxmayaraq, qorxusuz və dalaşqan biridir. Ölçüsünə baxmayaraq bal porsuğu cəsarətlə bəbirə və hətta aslana qarşı vuruşur!

Bal porsuğu Hindistan bal porsuğu, keçəl porsuq və döyüşçü (ratel) kimi də tanınır.

Balı çox sevdiyinə və dərisinin qalın olmasına görə cəsarətlə vəhşi arıların yuvalarını dağıda bilir. Buna görə də, ona Bal Porsuğu deyilir (Honey Badger). Bu heyvan gündə 80 km yeriyərək qabağına çıxan hər şeyi yeyir. Faktiki olaraq bir yuvası yoxdur. Tapdığı bir çuxurda yatır. Hətta kral Kobranı belə zəhərlənənə qədər yeyər, zəhərin təsiri ilə özündən getsə belə yenidən ayılıb yeminə qaldığı yerdən davam edər. Təbiətdə görülmüş nadir heyvanlardandır.

Ölçüləri:
Boyu: təxminən 30 sm.
Bədən uzunluğu: 60-75 sm.
Quyruq uzunluğu: 20-30 sm.
Ağırlığı: 8-16 kq, erkək bal yeyən dişidən daha ağırdır.
Yetkinlik dövrü: 1,5 ildən.
Çiftləşmə mövsümü: bölgəyə görə dəyişir.
Hamiləlik: 6-7 ay.
Balaların sayı: 1-2.

Qida rasionunu quşlar, balıqlar, sürünənlər, leş, bitkilərin kökü, meyvə və giləmeyvələr, bal və böcəklər təşkil edir.

Bal porsuğu olduqca qeyri-adi rəngə boyanıb - bədəni sanki iki hissəyə bölünür: yuxarı hissə ağ rəngdə, bədənin ortasından aşağıya doğru isə qara rəngdədir.

Bal porsuğu Asiya və Afrikanın düzənliklərində yaşayır. Əsasən Cənubi və Orta Afrikada, Yaxın və Orta Asiyada, Hindistan yarımadasına qədər ərazidə yayılıb. Asiyada, əsasən qazılmış çuxurlarda yaşayırlar və Afrikada çox vaxt ağacların boşluqlarında özlərinə yuva qururlar.

Hazırda bal porsuğunun növləri nəsli kəsilmək təhlükəsi ilə üzləşməyib, lakin yaşayış yerlərinin məhv olması səbəbindən bal porsuqlarının sayı azalıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri