Enlibaş(qolavl) balığının faydaları

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 695
Səs ver:
(səs: 0)
Enlibaş balıq uzunluğu 80 sm, çəkisi isə 5 kiloqrama qədər arta bilən balıq növüdür. Enlibaş balıq əsasən çay sularında yaşayır. Onlar soyuq su hövzələrində yaşayan balıqlardır. Bu balıqlar çaylarda olan tullantılar, həşəratlar və çaylarda olan qidalarla qidalanırlar. Enlibaş balıqlar əsasən çay suyunun üstündə uçan ağcaqanadları tutub yeyirlər. Enlibaş balığı baş hissəsinin bədəninə nisbətən enli olduğuna görə belə adlandırırlır. Onun başı silindir formasında olur. Enlibaş balığın kürək hissəsi tünd yaşıl ( qaraya yaxın yaşıl)rəngdə olur. Yandan baxanda isə enlibaş balığın dərisi boğunuq sarı rəngdə görünür.
Enlibaş balığın kaloriliyi
Enlibaş balığın ətində çoxlu zülallar var. 100 qram enlibaş balığın ətində 127 kKal var. Artıq çəkidən əziyyət çəkənlərə çoxlu miqdarda enlibaş balıq yemək məsləhət görülmür.
Enlibaş balığın faydalı xüsusiyyətləri
Enlibaş balığın ətində olan qidalandırıcı maddələr əvəzolunmaz dərəcədə faydalı maddələrdir. Onun ətində süzülməmiş yağ turşuları, proteinlər, fosfor, sink, kalsium, dəmir, B və D vitaminləri var. Enlibaş balığın əti çox keyfiyyətlidir. Onun ətinin dadı əksər çay balıqlarının dadından daha yaxşıdır. Bu balıq çox dadlı olmaqla yanaşı, həm də çox sümüklüdür. Enlibaş balıqdan şorba, qızartma və tərəvəzlərlə qarışdırılmış müxtəlif qidalar hazırlanır.
Enlibaş balığın zərərli xüsusiyyətləri
Çoxlu miqdara enlibaş balıq yemək B1 vitaminin orqanizm tərəfindən sorulmasının qarşısını alır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri