Çöl pişiyi haqqında nə bilirsiz?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2632
Paylaş:
Səs ver:
(səs: 1)
Bədənin uzunluğu 53 - 70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm - dir. Çəkisi 3.4 – 5.3 kq - a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir. Onlar nisbətən iri və ya xırda, sıx və seyrək yerləşəşmiş ola bilər. Başın peysər tərəfində 4 uzunsov tutqun zolaq, bel və qarın tərəflərində isə seyrək yumru qara ləkələr vardır. Quyruğunda 6 - 8 ədəd qara dairəvi zolaq vardır. Erkəklərdə kəllənin kondilobazal uzunluğu 88 – 103 mm, alın sümüklərinin eni 68 – 82 mm, dişilərdə isə bu göstəricilər 80 – 88 mm və 65 – 67 mm - dir.

Avropada, Afrikada, Asiyada (Fələstin, Suriya, Ərəbistan, İraq, İran, Əfqanıstan, Şimali və Mərkəzi Hindistan, Şimal – qərbi Çinin əksər sahəsi), Cənubi Qafqazda, Qazaxıstan və Orta Asiyada yayılmışdır.  Azərbaycanda Muğan və Salyan düzənliklərində, Acınohur çöllərində və Naxçıvanda rast gəlinir.

Çöl və düzənliklərdə yayılmışdır. Başlıca olaraq gecə yırtıcılarıdır. Qaş qaralanda ova çıxırlar. Axşam, gecə və sübhçağı fəal olurlar. Agaclara yaxşı dırmaşır.

Azərbaycan ərazisində çöl pişiyi həmişə nadir növ olmuşdur. Keçən əsrin 50-ci illərində Muğan və Salyan düzlərində, eləcə də Naxçıvanda, Araz vadisində çoxsaylı olmuş, indi isə həmin yerlərdə rast gəlinmir. 1965-ci ildə Acınohur çölündə 4 fərd əldə edilmişdir. Hal-hazırda sayı məlum deyil.
Bu növün sayının dəyişməsinin əsas səbəbi onların yaşadığı yerlərdə kənd təsərrüfatı fəaliyyətinin güclənməsidir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2632
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv