Tutuquşu balığının yataq örtüyü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 934
Səs ver:
(səs: 0)
Şəkildəki balığın adı - artıq sizin də bildiyiniz kimi tutuquşuya bənzədiyinə görə - tutuquşu balığıdır. Rəngarəng bir görünüşü olan bu balıq düşmənlərindən müdafiə olunmaq üçün müəyyən bir üsuldan istifadə edir. Xüsusilə gecələr bütün bədənini özü hasil etdiyi jelatinə (nazik və şəffaf plastinka şəklində yapışqan maddəyə) bənzər bir maddə ilə örtür. Ağlınıza gələn «nə üçün» sualının cavabından əvvəl bu maddənin necə hazırlandığına və ondan necə istifadə edildiyinə diqqət yetirək.

Tutuquşu balığının örtüyü balığın qəlsəmə boşluğunun üst kənarında olan bir yerdən ayrılır. Balıq bu hərəkəti nəfəs alıb-verərkən edir. Bir müddət sonra bu örtük balığın bütün bədənini örtür. Bunun vasitəsilə balıq özünü bir növ örtüyün içinə salır və gecə olduğu zaman özünü xarici təsirlərdən qoruyur. Bu maddə eyni zamanda balığın maskalanaraq rəngini dəyişməsi nəticəsində gizlənməsini də təmin edir. Şəffaf yataq örtüyünün ən əsas funksiyası da balığı ən böyük düşməni olan mürən balıqlarından qorumaqdır. Mürənlər qeyri-adi həssas qoxubilmə hissiyyatına malikdir və ovlarını bu qabiliyyətləri sayəsində tapırlar. Lakin tutuquşu balığının qoruyucu örtüyü nəticəsində mürən balığı onun qoxusunu almır. Hətta yanından keçərkən örtük içindəki balığa toxunsa da onu hiss etmir.
Bu halda belə düşünmək lazımdır: tutuquşu balıqları gecə istifadə etdikləri bu qoruyucu örtüyü necə əldə etmişlər? Qatı düşmənləri olan mürən balıqlarının qoxu vasitəsilə ov etdiklərini haradan bilirlər? Mürenlərin güclü qoxu almasının qarşısını alacaq və gecəni rahat keçirmələrini təmin edəcək bu əhəmiyyətli maddəni necə kəşf etmişlər?
Əlbəttə ki, balığın kimyəvi maddəni öz bədənində hasil edib sonra da bu maddə ilə bütün bədənini örtməyi düşündüyünü, plan qurduğunu güman etmək mümkün deyil. Belə bir vəziyyətin müəyyən müddət içində öz-özünə meydana gəlməsi də mümkün deyil. Şəkildəki tutuquşu balıqları bu gün bu maddəni öz düşüncələri ilə planlaşdırıb bədənlərindəki belə bir sistemi öz istəkləri ilə yaratmadıqları kimi 1.000 il və ya 10.000 il bundan əvvəl yaşamış tutuquşu balıqları da bunu bacara bilməzdi.
Balığın öz düşmənə qarşı bədənini çox uyğun bir jelatinlə örtməsi çox ideal bir maskalanma üsuludur. Həmçinin aydın olur ki, belə xüsusiyyət yalnız düşünülmüş bir plan nəticəsində mümkündür. Bu düşüncə də balığa və ya başqa bir varlığa deyil, bütün bunları Yaradıb tənzimləyən Allaha məxsusdur.

 

 

 

(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri