Rəngarəng vağ quşları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 456
Səs ver:
(səs: 1)
Vağ quşları hər yerdə görünə bilən quşlardandır. Şəkildə gördüyünüz böyük mavi vağ Şimali Amerikada ən uzun boylu vəhşi quşdur. Rəngləri ilə diqqəti cəlb edən mavi vağlar yuva qurduqları vaxtı nəzərə almasaq, tək-tənha yaşayan quşlardır.Vağ quşlarının cəm şəklində olan yuvalarına əsasən insanlardan uzaq və gizli olan bölgələrdə rast gəlinir. Vağ quşlarının başqa bir növü olan hank vağları isə yaz fəsli gələndə çox müxtəlif rənglərə bürünürlər. Yetkin vağ quşlarının rəngli dimdiklərinin ətrafında yalnız yuva qurma zamanı əmələ gələn rəngli hissələr olur.

Allah bütün quşları müxtəlif rənglərdə yaratmışdır. Quş tüklərindəki valehedici rəngləri seyr etmək çox xoşumuza gəlir. Quşlardakı bu rəng müxtəlifliyi Allahın yüksək yaradıcı olmasının dəlillərindən yalnız biridir. Quran ayələrində Allah rəngləri yaradanın Özü olduğundan belə bəhs edir:
«Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli - ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən Allah hər şeyə qalib olan və bağışlayandır!» («Fatir» surəsi, 27-28).
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri