Tutuquşular kimyaya aid bilikləri haradan bilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 917
Səs ver:
(səs: 1)
Bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə siz də maraqlandınız, elə deyilmi?

Makau adlı bu tutuquşu növünün zəhərlənməməsinin səbəbi alimlərin də diqqətini çəkmişdir. Quşları müşahidə edən alimlər çox maraqlı bir hadisənin şahidi olublar.
Makaular qidalılığı yüksək olan bu zəhərli toxumları yedikdən dərhal sonra bir qayalığa doğru uçurlar. Həmin yerə çatdıqları zaman burada olan bəzi gilli qaya parçalarını gəmirib udurlar. Bu, təsadüfi bir hadisə deyil. Gilli qaya parçalarının əsas xüsusiyyəti toxumların içindəki zəhəri çəkməsidir. Beləliklə, quş bunun sayəsində hər hansı narahatçılıq hiss etmədən toxumları həzm edə bilir.
Bu heyvan toxumun zəhərləyici təsirini əvvəlcədən müəyyən etmək kimi bir tibbi biliyi necə əldə etmişdir? Bəs bu təsiri necə aradan qaldıracağını haradan bilir? Zəhəri zərərsizləşdirəcək bir maddənin gilli qayaların içində olduğunu bilməsi üçün hər hansı əczaçılıq təhsili ala bilərmi? Əlbəttə ki, bunların heç biri mümkün deyil.
Bir insan toxumların zəhərli olub-olmadığını kənardan baxaraq müəyyən edə bilməz. Toxumun zəhərini necə zərərsizləşdirəcəyəni isə təxmin edə bilməz. Buna görə ya bir təhsil almalı, ya da bu haqda bir şey bilən bir nəfərlə məsləhətləşməlidir. Belə olduğu halda heç bir ağlı və düşüncəsi olmayan bir quşun uzunmüddətli kimyəvi təhlil və tədqiqatlar nəticəsində belə bir şeyi kəşf etdiyini də demək olmaz. Makauların insanların uzun sürən ixtisas təhsilindən sonra əldə olunan bilgilərə təsadüfən nail olması qeyri-mümkündür. Makaulara bu biliyi hər şeyi qüsursuz yaradan və hər şeyi bilən Allah öyrətmişdir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri