Əqrəb balıqlarının məharətlə maskalanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 746
Səs ver:
(səs: 1)
Əqrəb balıqları son dərəcə rəngli bir görünüşə malikdir. Onların rəngi yaşadıqları mərcanlarla eynidir. Şəkildə gördüyünüz kimi, əqrəb balığının ağ-qırmızı zolaqları eynilə bu rəngdə olan mərcanların arasında gizlənməsinə, yəni görünməzliyinə səbəb olur. Bu da onların ovlanmaq təhlükəsini azaldır. Eyni zamanda öz ovuna da asanlıqla yaxınlaşmasına imkan verir.
Aşağıdakı və əvvəlki səhifədə olan əqrəb balıqlarının şəkillərinə diqqətlə baxın, özünüz də hiss edəcəksiniz ki, onları olduqları şəraitdən seçmək çox çətindir.

Əqrəb balıqları kimi sualtı canlıların da bir çoxunu yaşadıqları mühitdə seçmək mümkün deyil. Bu canlılar yalnız hərəkət etdiyi zaman bilinir. Su altında qüsursuz olaraq adaptasiya və maskalanma qabiliyyətinə malik olan canlılar bu rənglərdən istifadə edərək ov ovlayır, artıb törəyir, ətrafındakı canlılara müəyyən məlumatlar çatdırırlar.
Elə isə bu uyğunlaşma necə ortaya çıxmışdır? Bir balığın bədənini yaşadığı qaya ilə eyni rəngdə, hətta qaya kimi çıxıntılı görünüşdə edən kimdir?
Təsadüflərin və ya hər hansı başqa balığın canlılara yaşadıqları mühitin rəngini verməsi mümkün deyil. Bir balığın, yengəcin və ya bir xərçəngin rəngləri təyin etməsi və özündə rəng dəyişdirən sistemlər hasil edə bilməsi də qeyri-mümkündür. Belə bir sistemin planlaşdırılması, canlılarda bu sistemin yaradılması yalnız çox yüksək bir güc sahibi tərəfindən verilə bilər.
Bu üstün gücün sahibi Allahdır. Bütün canlıları malik olduqları xüsusiyyətləri ilə birlikdə və yaşadıqları mühitə uyğun olaraq Yaradan Allahdır. Allah yaratdığı bütün canlılardan xəbərdar olduğunu bizə ayələrində belə bildirir:
«Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər biləndir, xəbərdardır! Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, Allahın ruzisindən yeyin. Axır dönüş də Onadır» («Mülk» surəsi, 14-15).
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri