İşıq verən sualtı canlılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 247
Səs ver:
(səs: 1)
Şəkillərdə gördüyünüzə bənzəyən bir çox sualtı canlı da işıldaquşlar kimi işıq verən sistemlərə malikdir. Onlar işıqlarından əsasən düşmənlərini azdırmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bu canlıların demək olar ki, hamısının arxasında eynilə parçadakı tikiş yerinə bənzəyən lentşəkilli yerləşdirilmiş, işıq verə bilən hüceyrələr var. İndi bu canlıların əsas xüsusiyyətləri ilə tanış olaq.

Bunların bir növü xarici görünüşcə aureliyalara (aurita) bənzəyən canlılardır. Onlar əsasən gözlə görünməyən bitkilər və kiçik dəniz heyvanları ilə qidalanır. Bəziləri ovlarını eynilə balıq tilovuna bənzər suda hərəkət edən yapışqan caynaqları ilə tutur. Başqa birisinin isə çox geniş şəkildə açıla və bir çox canlını uda bilən ağzı var. Bədənində sıra şəklində incə tüklər olur və heyvan bu tüklərindən suda özünü irəliyə hərəkət etdirmək üçün istifadə edir.
İşıq saçan canlı növlərinin də öz daxilində qəribə xüsusiyyətləri var. Məsələn, qırmızı tüklərinə toxunan zaman onlar parlayır. Həmçinin suya parıldayan, işıqlı dənəciklər buraxa bilir. Bu, düşmənlərdən xilas olmaq üçün istifadə olunan bir azdırma vasitəsidir.
Dəniz ulduzları, dəniz kirpiləri (Echinus), tüklü ulduzlar kimi canlılar isə «tikanlı heyvanlar» adlandırılır. Bu heyvanların bir çoxunun dərisi müdafiə məqsədilə istifadə etdikləri kəskin tikanlarla örtülüdür. Onlar dəniz sahillərində, mərcan qayalıqlarında və dəniz laylarında yaşayır. Bu canlılar da düşmənlərindən qorunmaq üçün öz işıqlarından istifadə edir. Parlaq ətraflara və ya onurğaya malik olan bu canlılar bir hücuma məruz qaldıqları zaman suda işıq buludları yaradırlar.
İşıq saçan sualtı canlıların ən əsas xüsusiyyəti isə onların öz işıqlarından aldadıcı məqsədlə istifadə etməsidir. Buna nümunə kimi bir dəniz ulduzu növünü göstərə bilərik. Bu dəniz ulduzu dənizin təqribən 1000 metr dərinliyində yaşayır. Ətraflarının ucundan parlaq yaşıl-mavi işıqlar saçır. İşıq xəbərdarlığı düşmənlərinə çox pis bir dadının olduğunu bildirmək üçündür. Başqa bir dəniz ulduzu növü isə ona hücum edildiyi zaman parıldamağa başlayır və düşməni uzaqlaşdırmaq üçün qollarından birini düşmənə tərəf atır. Qopmuş ətraf ağ işıq saçmağa başlayır və düşmənin diqqəti ətrafa yönəlir. Dəniz ulduzu da bu zaman qaça bilmək üçün vaxt əldə etmiş olur.
Burada verdiyimiz bir neçə misaldan da aydın olduğu kimi, canlılardakı işıq saçma mexanizmi Allahın yaratdıqlarının möhtəşəmliyini bizə göstərir. Burada haqqında danışdığımız canlılar suyun altında yaşayan, əksər vaxtlarda da bədənlərinin çoxu sudan ibarət olan, bir ağıl və düşüncəyə sahib olması mümkün olmayan canlılardır. Lakin onların hər biri oxucuları heyrətləndirəcək ecazkar xüsusiyyətlərə malikdir. Bu da bir daha sübut edir ki, Allah heç bir nümunəni əsas götürmədən yaradandır. Bu misallar Allahdan başqa Tanrının olmadığını, Allahın hər şeyin Yaradıcısı olduğunu dərk etməyimiz üçündür. Bu həqiqəti dərk edən hər bir insan Allahın sonsuz gücünü də dərk edəcək və həyatını yalnız Allahı razı salacaq şəkildə yaşamağa çalışacaq.
Unutmayın ki, Allah bir ayəsində Ondan başqa tanrı qəbul edənlərin tənha qalacağını bildirir və belə buyurur:
«Allahla yanaşı başqa tanrı qəbul etmə. Joxsa xar olar, zəlil vəziyyətə düşərsən!» («İsra» surəsi, 22).
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri