Atlar haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 424
Səs ver:
(səs: 0)
İtlərdən sonra ən sadiq dostlarımızın atlar olduğunu bilirdinizmi? Evcil atlar, sahiblərini heç bir zaman tərk etməzlər.

25-dən çox növü olan bu sadiq dostlarımız - atlar heç yorulmadan bizi kilometrlərcə uzağa daşıya bilərlər. Atlar, tarix boyunca insana ən çox köməkçi olmuş heyvanlardır.
Bu gün küçələrdə minlərlə avtomobil və bu avtomobillər üçün yollar var. Halbuki, bu avtomobillər ancaq son əsrdə insanlara xidmət etməyə başlamışlar. Sizin babanızın babasının doğulduğu illərdə heç kim avtomobil deyə bir şeyin varlığını bilmirdi. O tarixdə nəqliyyat və daşıma işləri heyvanlar, xüsusilə də atlar sayəsində edilirdi.

Yaxşı, atların yaşının kəsici dişlərinin aşınıb köhnəlməsinə görə aydın olduğunu bilirdinizmi? Atların yediyi ot qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınar. Ancaq Allah atların dişlərini çox uzun yaratmışdır. Bu dişlər çənə sümüyünün çox dərinlərinə qədər basdırılan uzun lentlər halındadır. Yəni dişlərin kök qisimi bizimkilərə görə çox daha dərinlərdədir. Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə gəlir. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Biz də bu aşınmanın miqdarına görə atların yaşını təxmin edə bilərik. Düşünün, əgər Rəbbimiz atlara belə bir xüsusiyyət verməsəydi, bu heyvanlar qısa müddətdə dişlərini itirib aclıqdan ölərdilər..

Rəbbimiz, atın tüklərinə də çox əhəmiyyətli bir xüsusiyyət vermişdir. Atların tükləri bədən istiliklərinin nizamlanması üçün termostat, yəni istilik nizamlayıcısı funksiyası yerinə yetirər. Bədənləri hər vaxt 38 dərəcə istilikdə olmalıdır. Bu istiliyin qorunması üçün soyuq qış günlərində atın tükləri uzanar, isti mövsümlərdə isə tökülər və bədən istiliyinin sabit qalmasını təmin edər.
Sizə atlarla bağlı maraqlı bir xüsusiyyət daha: Atlar ayaqda yatarlar! Yaxşı necə olar da yatarkən yerə heç düşməzlər bilirsinizmi? Çünki qıç sümüklərinin kilidlənə bilmə xüsusiyyəti vardır. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaqda yata bilər, həm də çox ağır yükləri daşıya bilərlər. Halbuki insanlar, oturduqları yerdə yatdıqları zaman belə başlarının yana düşməsinə maneə törədə bilməzlər. Atların qıçları tək ağır yükləri daşıya bilmələri üçün deyil, eyni zamanda da sürətli qaça bilmələri üçün xüsusi yaradılmışdır. Atlarda, digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur. Bu da onların daha böyük addım ata bilmələrini təmin edər.
Ayrıca atların qıçlarında sürətləndikcə xərclədikləri qüvvəti salan buna qarşı hərəkət edə bilmə qabiliyyətlərini artıran bir sümük-əzələ mexanizmi vardır. Bu mexanizmin işini avtomobillərdəki çarx sisteminə bənzədə bilərik. Sürətlənən bir avtomobilin çarxını böyütməsi kimi atlar da sürətləndikcə sanki çarx böyüdərlər. Bu sayədə itələmə üçün xərclənən güc azaldılarkən, hərəkət qabiliyyəti artar.

Atlar genetik xüsusiyyətləri baxımından fərqli cinslərdən meydana gələrlər.
Taylar xarici görünüş olaraq ana və atalarına bənzərlər. İnsanlar o cinsin davamlılığını təmin etmək və ən yaxşı xüsusiyyətlərini diqqətə çarpanlaşdırmaq üçün; Cinsin seçilmiş damazlıqlarını öz Tayları ilə cütləşdirmişlər. Buna seçici istehsal deyilir.
Atlar, istifadə məqsədlərinə uyğun fiziki xüsusiyyətlərə sahib olmalıdırlar. Ağır işlər üçün gücündən faydalanılan atlara Soyuq Qanlı , sürət və çevikliyindən faydalanılan idman məqsədli atlara da İlıq Qanlı adı verilər.

Minik atlarının hamısı ilıq qanlıdır. Dünyada 150-dən çox at cinsi mövcuddur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri