Heyvanlar haqqında bilmədiklərimiz

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3094
Paylaş:
Səs ver:
(səs: 2)
Meymunlar yeganə heyvandır ki, zökəm olur.

Quşları ildırım vurmur. Çünki heç bir elektrik qüvvəsi onların tükündən keçə bilməz.

Sibir xoruzu oxuduqca ətrafı hiss etmir və eşitmir, elə buna görə də bu quşları çox asanlıqla tuta bilirlər. Hazırda bu quşlar mühafizə edilir.

Ən yağlı süd suiti südüdür. Onun südünün yağlılığı 43%-dir.

Atın əhilləşdirilməsinə 4-6 il, itə yarım il, delfinlərin əhilləşdirilməsinə 8 ay vaxt sərf olunur.

Dəvə bir dəfəyə 250 litr su içir.

Qarışqa öz çəkisindən 111 dəfə çox yük apara bilir.

Braziliya növündən olan arılar turş bal hasil edirlər.

Arı balı 4 əsr qalır, lakin xarab olmur.

Cənub yarımkürəsində Borneo, Yava və Sumatra adalarında uçan qurbağalar yaşayır. Onlar adi qurbağalardan yalnız uça bilməklərinə görə fərqlənir. Onların barmaqları xeyli uzun olub, araları xüsusi pərdə ilə birləşir ki, bu da onların bir ağacdan başqasına atılmasına kömək edir.

Sevan gölü sahillərində çox qəribə kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribə burasındadır ki, bu erkək kərtənkələlər yumurtalayir və onların yumurtalarından çıxan kərtənkələr də erkək olur.

Durnalar insanın qayğısına və açıqlı olmasına çox həssasdır və həm də kinlidir. Onların bir adamdan acığı gəldikdə aylarla, hətta illərlə öz kinini yadda saxlayır.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3094
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv