Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 5998
Paylaş:
Səs ver:
(səs: 7)
Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri özü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.

Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.

Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir. Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.

Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar də az deyildir. Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.

Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.

loading...
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 5998
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ismayilova ulker
Mən heyvanları çox sevirəm. Hər biri Tanrının yaratdığı varlıqlardı. Hər birinində təbiətə böyük xeyri var.Sadəcə bəzi vəhşi heyvanlardan insan özünü qorumalıdı.
4 yanvar 2015 01:08
12
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Aysel Tatli
evde heyvan saxlamaqdan xowum gelmir
3 yanvar 2015 23:49
11
Offline
ece uslu
her bir anlinin tebietde oz rolu var
3 yanvar 2015 23:00
10
Offline
leyla_258
piwikleri cox sevirem amma,miyiltisi insani gic edir
3 yanvar 2015 16:28
9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
xeyalperest
Heyvanlari cox sevirem deye bilmerem amma olarin tebietde boyuk rolu oldugu danilmazdi
3 yanvar 2015 12:15
8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
FISTIK
Itlerden xosum gelir
3 yanvar 2015 11:01
7
Offline
emis
heyvanlarin rolu tebietde heqiqetende boyukdur
3 yanvar 2015 09:52
6
Offline
aziz a
Qurban oldugum Allahimin yaratdigi her bir canlinin , her bir seyin bi birile mutleq elaqesi var.Sukur olsun Ona.
3 yanvar 2015 09:44
5
Rebbim kömek olsun cümlemize Amin
Offline
Miss_Oxatan
Tebieti heyvanlarsiz tesevvur etmek olmaz.heyat ele dolgun,ahengdar,qarwiliqli ve muwterek yaradilib ki,her wey bir birini tamamlayir,vehdet tewkil edir.bu dunya da var olan,yaradilan her bir canlinin bir birine xeyri,birlikde ise kainata xeyri var.heyvanlar alemi,cox zengin,fusunkar,maraqli,eyni zamanda murekkeb alemdir.her hansi halda xeyri var ki ziyani yoxdur.sadece vehwi olanlardan ve fesadlardan ehtiyatli olmaq lazimdir.
3 yanvar 2015 08:46
4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
SEVGI DENIZIM
sevirem heyvanlari
3 yanvar 2015 08:43
3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
BARBI
Canlilarin her biri faydalidir ve tebietde rolu var
3 yanvar 2015 08:26
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
my_angel
Hee bunlar yadıma gelir Zoologiyada keçmişik...geneler...yadıma düşdü.Heyvanların zereri olduğu kimi faydası da var.
3 yanvar 2015 07:34
1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv