Ağcaqanadlar kimləri sevir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 458
Səs ver:
(səs: 0)
Gecələr bizi yuxusuz qoyan, daim qanımızı sovurmaqla məşğul olan bu həşəratlar bəs görək hansı tip insanları "sevir"?

Dünyada 2500 ağcaqanad növü yaşayır. Əsasən "vampirizm" xüsusiyyəti dişi ağcaqanadlarda var, erkək ağcaqanadlar isə tam əksinə "sülhsevər"dirlər, onlar vegetaryandırlar və qan ilə qidalanmırlar.

Qida axtarışı ağcaqanadları "vəhşi" edir və onlar qida axtarmaqçün 50 km yol gedə bilirlər. Bu həşəratlar üçün əsas informasiya və qida mənbəyi insan və heyvanların ətrafa yaydıqları istilik şüalarıdır. Məhz bunun vasitəsilə ağcaqanadlar öz qidalarını tapırlar.

Həmçinin canlı varlıqlardan ifraz olunan sidik turşusu və karbon dioksid qazları ağcaqanadları maqnit kimi cəlb edir. Əsasən kök adamlar və ateroskleroz xəstələrini qurban seçirlər.

Qadınlar kişilərə nisbətən ağcaqanadların "qida"sı olamağa daha yaxındırlar. Elmə məlum olmayan səbəblərə görə ağcaqanadlar əsasən sarışın qızlara və hamilə qadınlara daha çox üstünlük verirlər.

Həmçinin ehtiraslı insanlar da ağcaqanadların ən çox hədəf seçdiyi insanlardır. Qadın və kişilərdə cinsi hormonların yüksəkliyini hiss edən ağcaqanadlar onların qanı ilə qidalanmağı sevirlər
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri