Pişiklər haqda bilmədikləriniz

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 5357
Səs ver:
(səs: 5)
Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir. Onların o qədər sirri var ki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki, pişiklərin "üçüncü göz”ü var.

Pişiklər 10 000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının elçisi kimi inanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları yandırırdılar, inanaraq ki, onları şeytan bu dünyaya yollayıb.

Slavyanlar bu cür şeylərə inanmasalar da, bu günə kimi Ukraynanın bəzi kəndlərində inam var ki, o pişik ki, 13 yaşına çatıb, ondan uzaq durmaq lazımdır, çünki sahibindən daha müdrik, daha ağıllı ola bilər və özündə şeytan gücü yarada bilər. Hətta ürəyi yumşaq kəndlilər də nadir hallarda olmurdu ki, öz sevimli ev heyvanını meşələrə azdırmağa aparmasınlar. Yalnız 20-ci əsrdə insanlar bu cür inamlara əl atmayıblar.

30-cu illərdə doktor Cozef Venk Rain Kaliforniyadakı Diurk Universitetində parapsixologiyanı öyrənirdi. Uzun təcrübələrinin nəticəsində o, bildirdi ki, pişiklərin paranormal bacarığı var, onlar qabaqcadan görmə və telepatiyanı bacarırlar. Yəni pişiklər təhlükəni qabaqcadan hissetmə və öz sahibinin uzun məsafələrdən belə başına gələcək pis hadisə, və ya ölümünü hiss edə bilirlər.

Yarım əsr olar ki, pişik hissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.

Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və s. yerlərə özləri ilə götürürlər.

Məsəlçün, Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən məhz pişiklərin birinci evdən qaçdığını görən ev sahibləri təhlükənin olduğundan xəbərdar olurlar.

Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artığı zaman ilk olaraq evlərdən pişiklər qaçırdılar. Bu cür hallara bütün müharibə olan ölkələrdə rast gəlinib. İnsanlar onun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər görüb, hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndə ev sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı pişiklərin bu cür bacarıqlarına görə hətta Avropada ən çox insan həyatını xilas edə bilmiş pişiklərə medal da verilmişdir. Medalın üzərində yazılmışdır: "Biz də vətənə qulluq edirik!”.

Aydın olub ki, pişiklər əvvəlcədən hər şeyi hiss edə bilirlər – təhlükəni, hansısa vacib olacaq hadisəni, təbiət kataklizmaları, havanın dəyişməsi, və ya sadəcə olaraq evə qonağın gəlməyini. (yoldaşım evə gəlməmişdən, və ya mən özüm evə girməmişdən öncə dişi pişiyimiz artıq çöl qapısının qabağında durmuş olur və bizim sanki gəldiyimizi bilmiş kimi baxır bizə).

Baxmayaraq ki, pişiklər haqda olan hadisələrin bəziləri uydurma ola bilər, alimlər yenə də bu sirrli heyvanlar barədə bəzi açıqlamalar ediblər.

Pişikləri öyrənən məşhur alman buokimyaçı Helmut Tribuç pişiklərin əvvəlcədən hər şeyi hissetmə qabiliyyətlərini onunla izah edir ki, bu heyvanlar atmosferdə olan müsbət yüklənmiş ionlar və atomları hiss edə bilirlər, ətrafdakı maqnit sahəsinin və səslərin dəyişdiyini hiss edilər ki, insan öz qulaqları ilə bunları duya bilməz.

Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, pişiklərdə unikal hissiyyat orqanı olan Yakonson var. Bu "üçüncü göz” orqanı onlarda ağız nayihəsində yerləşir. Bu orqanın fəaliyyəti üçün pişik hərəkət etmədən nəfəsi ilə onu içərisinə çəkir. Pişik sahibləri onların bu hərəkətini bu cür görürlər ki, pişik sanki hərəkətsiz durub ağzını açıq vəziyyətdə qalır, sanki nəyisə dinləyir.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 5357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri