Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk
yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət
qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz
problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla
ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda
saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi
tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.
İkinci pillə delfinlərə məxsusdur: onların dili çətindir, onlar özləri
arasında ünsiyyət qura və komanda davranışına reaksiya verə bilərlər.
Müharibələr zamanı onlardan "poçtalyon” qismində istifadə edirdilər.
Delfinlərin baş beyinlərinin alın və qabıq hissəsi insanda olduğundan
40% çoxdur.
Üçüncü pillədə isə oranqutanlar yer alıb – bu meymunların özlərinin
inkişaf etmiş mədəni və sosial əlaqələri var. Onlar həmçinin alətlərdən
məharətlə istifadə edə bilirlər.
Oranqutanların sosiallığı isə idrak bacarıqlarının inkişafına öz töhfəsini verir.
Dördüncü pillədə fillər yer alıb. Bu isə onların yaddaş qabiliyyətlərinə
görədir. Həmçinin onlar yeyəcəkləri qidanı ilk öncə təmizləyirlər. Bu
vəfalı heyvanların dəstəsinin bir üzvü vəfat etdikdə isə onlar
ağlayırlar. Bununla yanaşı, onlar su quyularının yerini dəqiqliklə yadda
saxlaya bilərlər.
Beşinci yeri qarğalar tutur. Onlar – hiyləgərdirlər: qarğalar qozları
yığaraq yola gətirirlər. Daha sonradan qozu yolun ortasına qoyaraq
üzərindən maşın keçməsini gözləyirlər. Daha sonradan maşınların
təkərləri altına düşməmək üçün yaşıl işığı gözləyir və yaxınlaşaraq öz
qidalarını götürürlər. Ünsiyyət üçün isə müəyyən səslərdən istifadə
edirlər.