Ölkəmizin ən kiçik quşu-çalıquşu

Müəllif: Qlamurr
Şərhlər: 11
Baxılıb: 7 059
Səs ver:
(səs: 5)
Onlara Asiya, Avropa, Şimali Afrika və Şimali Amerikanın şam meşələri və kolluqlarında rast gəlinir.  Parklar, bağlar və meşələr daxil olmaqla yaşamaq üçün çox geniş  sahəyə sahibdirlər. Kəndlərdə  evlərin kənarında və çəmənlərdə bitən böyürtkən kolları bu quşlar üçün ideal sığınacaq, yuva və qidalanma  məskənidir.

Ən nəzərə çarpan xüsusiyyəti qısa quyruğu və yumru gövdələrinin olmasıdır. Rəngləri eninə tünd rəng xəttləri olan tünd şabalıdı rəngdədir. Alt qisimləri daha açıq rəngdə və boz xəttlidir. Qaş bölgəsində nəzərə çarpan  daha açıq rəngli bir xətt var. Kürəkləri zeytun yaşılı, qarın hissəsi boz və yaşıl rəngdədir. Qanadları və quyruqları qəhvəyi olub, erkəklərin başlarının ortasında qırmızı bir ləkə olur. Dişilərin başlarındakı ləkə sarıdır.
Yerdə və ya ağaclarda tapdıqları müxtəlif böcək, hörümçək,və kiçik toxumlarla bəslənərlər. Qışda menyuları dəyişər.
Erkək çalıquşular dişilər üçün 2-3 ədəd yuva hazırlayırlar. Dişi bəyəndiyi yuvanı tüklərlə bəzəyir.
Hekayələrdə çalıquşu zəka və hiyləgərlik rəmzi olaraq göstərilir. Çalıquşları sabit, yerli quşlardır. Ancaq Şimali Avropadakı növləri köçəridir.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 7 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri