Pinqvinlərin ayaqları niyə donmur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 037
Səs ver:
(səs: 2)
Pinqvin – maraqlı və nadir varlıqdır. Bundan başqa, planetdə üzməyi bacaran lakin uça bilməyən tək quşdur, bütün müasir quşlardan yalnız pinqvinlər "ayaq üstə” hərəkət edirlər. Lakin dünyada ən əlverişsiz yerdə yaşaya bilmələri xüsusi maraq yaradır: Antarktida.

Cənub qütbü tərəfdə illik orta temperatur 49,3 dərəcə, ən aşağı tempratur isə 89 dərəcədir. Buna bəzən 100 m/s-ə qədər artan küləyi də əlavə etsək – yaşamaq qeyri-mümkündür.

Həmçinin, materikin bütün sahilyanı hissəsi böyük imperator pinqvinləri və "Adeilie” pinqvinləri ilə tutulmuşdur. Bu quşlar ömürlərinin çox hissəsini dənizdə keçirirlər, bəzən Günəş işığının çatmadığı 500 metrə qədər dərin buzlu suya girirlər.

Təbiət onların sağ qalması üçün unikal istilik tənzimlənməsini verib.

Belə sərt şəraitdə pinqvinə istiliyi saxlamağa quşun bütün bədənini örtən üç qat sukeçirməyən lələklər altında yerləşən 3 sm qalınlığında yağ təbəqəsi kömək edir.

Pinqvinin yeganə açıqda qalan yeri xüsusi diqqətə layiqdir – ayaqlar. Təəccüblüdür! Kifayət qədər müdafiə olmadan, saatlarla şaxtada dayanmasına və buzlu suya girməsinə baxmayaraq quşun ayaqları donmur.

Pinqivinlərin ayaqlarında olan müəyyən arteriya damarları, onların ayaqlarındakı istiliyə uyğun olaraq qan dövranını nizamlayır. Arteriya damarları ayaqları donma səviyyəsindən bir-neçə dərəcə yüksək istilikdə saxlamaq üçün lazım olan miqdarda qanla təmin edir. Bunun sayəsində pinqivinlərin ayaqları donmur.

Antarktik pinqvinin ayaq temperaturu adətən 4 dərəcədir, bu ona yalnız istiliyi saxlamağa kömək etmir, həmdə buz üzərində sərbəst hərəkət etmə imkanı verir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri