Təhlükə zamanı heyvanlar nə edirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 983
Səs ver:
(səs: 2)
Çox maraqlıdır. Görəsən nə edirlər?

10-cu yer: Sünbülqıranlar havadan təhlükə zamanı vızıldayırlar, yerdə olan təhlükə zamanı isə – cikkildəyirlər. Marmotlar da vızıldayırlar, hətta onların vızıltıları 1,5 km məsafəsində eşidilə bilir.

9-cu yer: Canavarlar təhlükə zamanı öz şəxsi təhlükəsizliklərinin qayğısına qalırlar. Bu səbəbdəndə öz doğma balalarını ata bilirlər, bu onların yaşamaq şansını artırır.

8-ci yer: Opossum kritik vəziyyətdə yerə yıxılır və özünü ölmüş kimi göstərir. Bu halda onun gözləri şüşə kimi olur, ağzından köpük axır və anal vəzilərindən xoşagəlməz qoxu ifraz edilir. Həmçinin bu hərəkətlər qəsdən edilən bir şey deyil, opossum onları idarə edə bilmir, bu tamamilə qorxu zamanı yaranan bir refleksdir.

7-ci yer: Kenqurular təhlükə zamanı quyruqları vasitəsilə bir-birlərinə siqnallar göndərirlər. Yırtıcı gördükləri zaman quyruqları ilə torpağa vurmağa başlayırlar. Bu siqnalı eşidən kimi digər kenqurular qaçmağa başlayırlar. Yırtıcı ilə adətən sürünün başçısı döyüşür.

6-cı yer: Fillər yerində tappıldatmaqla 32 km məsafəyə zəmin vasitəsilə məlumat göndərə bilirlər. Fillər-qəbuledicilər bu məktubları ayaqları ilə qəbul edirlər.

5-ci yer: Ayılar heç vaxt ayaqüstə hücum etmirlər. Onlar bir müddət ətrafa baxmaq üçün ayaqüstə qala bilirlər, lakin həmişə dörd ayaqları ilə hücum edirlər. Təqib edən ayıdan qaçmaq mümkün deyil. Pəncəsinin bir zərbəsi ilə öküzün yaxudda bir bizonun belini sındırmağa qadirdir.

4-cü yer: Dəniz xərçəngləri yaxşı skripkaçılardır. Yaranan səs vasitəsilə xərçəng nəinki öz yaxınlarına təhlükəni xəbər verir, həmçinin bu səsdən qorxan balıq öz qənimətini atıb qaçır və bu qənimət ağıllı xərçəngə qalır.

3-cü yer: Bəzi qarışqalar öz koloniyalarını qorumaq üçün "partlaya” bilirlər.

2-ci yer:
İlanlar düşməni qorxutmaq üçün "qaz buraxırlar”.

1-ci yer: Sadə çay xərçəngləri təhlükə zamanı sidik ifraz edirlər. Sidikdə kimyəvi maddələr vasitəsilə xərçənglər bir-birlərinə informasiya ötürürlər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri