"Dəniz Atı" haqqında bilməli olduğunuz 10 şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12 694
Səs ver:
(səs: 4)
1. Bu günə qədər təxminən 40 növü kəşf edilən bu canlının tam olaraq neçə növü olduğu bilinmir.

2. Üzmə barəsində göstərdikləri performans o qədər də uğurlu deyil, çünki bütövlükdə 3 kiçik üzgəcə sahibdirlər. Arxadakı üzgəc hərəkəti üçün lazımlı enerjini, qəlsəmələrin altındakı digər iki üzgəc isə istiqamətləndirməni və tarazlığı təmin edir.

3. Dəniz atları kamuflyaj qabiliyyətlərini yalnız gizlənmək məqsədilə deyil, sevgi həyatında da istifadə edirlər. Erkək dəniz atı aşiq olduğu dişi dəniz atı ilə birlikdəykən demək olar ki, nöqtəsinə qədər eyni rəng və naxışı ala bilir. Günəş batarkən görüşən erkək və dişi dəniz atları quyruq quyruğa tutaraq dəniz otları arasında gəzintiyə çıxır, bəzən də öpüşürlər. Yarım saatdan uzun bu müddətdə mərasimdə erkək dişini təhrik etmək üçün davamlı hərəkət edir və erkəyin qarnında olan kürt kisəsi qabarır.

4. Dəniz atları demək olar ki, tək tərəfdaşlı bir həyat sürürlər. Hətta bəzilərinin sevgiləri ölümdən sonra da davam edir. Biri öldükdə digəri təkrar aşiq olana qədər günlərlə və ya həftələrlə yas tutur. Ancaq bu hiss tamamilə sevgidən qaynaqlanmır. Erkək və dişi, ideal cütləşmə vaxtını qaçırmamaq üçün tək bir tərəfdaş seçərək bioloji saatlarını bir-birinə görə nizamlayır və növünün davamını təhlükəyə atmamış olur.

5. Erkəklərin doğduğu nadir heyvanlardan biridir. Cütləşmə zamanı həyəcan pik nöqtəyə çatanda dişi ortaya çıxan yumurta kanalı ilə, erkəyin bətnindəki içi su ilə dolu kisəciyə girir. Daha sonra erkəyin spermaları ilə mayalaması üçün yumurtalarını ora qoyur. 4-6 həftə sonunda doğum anı gəlib çatır. Doğuş prosesi o qədər çətin ola bilir ki, bəzi erkəklər əldən düşüb ölə bilir.

6. Dəniz atları əsl bir kamuflaj ustalarıdır. Şübhələndiyi ya da özünü təhlükədə hiss etdiyi anda dərhal mühitin rənginə bürünür və baxıldığı zaman dəniz otları və ya yosunlara bənzəyir. Hətta «Piqme» dəniz atı kimi bir çoxu gövdə şəklini də dəyişərək, kiçik çıxıntılar, düyməciklər istehsal edib demək olar ki, bir mərcana çevrilir.

7. Uğurlu bir doğuşdan sonra erkək atalıq vəzifəsini tamamlamış olur. Balalar başlarına çarə qılmağı öz özlərinə öyrənirlər. Doğuşun bu qədər çətin keçməsinə baxmayaraq, bəzi erkəklər daha ertəsi səhər yenidən dişiləri ilə cütləşməyə başlayırlar.

8. Dəniz atları açıq dənizlərdə 4-5 yaşına qədər yaşaya bilirlər və bu milyonlarla körpə doğmaq üçün yetərli bir müddətdir. Qulağa çox gəlsə də, ekspertlərə görə minlərlə dəniz atından yalnız 2 və ya 3 dənəsi həyatda qala bilir. Digərləri ovlanmaq və ya ov olmaq dövriyyəsi içində itir.

9. Dəniz atlarının nəslinin tükənmə səbəblərinin başında ətraf mühit şərtləri gəlir. Mütəxəssislər dənizlərin çirklənməsi səbəbindən dəniz çöllərinin bununla yanaşı də dəniz atlarının yaşayış sahələrinin böyük hissəsinin son 50 il içində yox olduğunu bildirir. Bundan başqa ildə təxminən 26 milyon dəniz atı ovlanır və xatirə əşya tikintisində istifadə edilir. Bununla yanaşı dərman sənayesinin də mühüm mənbəyini təşkil edir.

10. Afrodizyak təsiri üçün ovlanırlar. Təxminən 30-a qədər ölkədə ovu keçirilən bu heyvan astma, baş ağrısı, öskürək kimi xəstəliklərin müalicəsində istifadə olunur, ancaq ən çox istifadə edildiyi yer cinsi çatışmamazlığa qarşı istehsal edilən dərmanlardır. Həmçinin Uzaq Şərq’də qida kimi də istifadə edilir.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 12 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri