Ən ağıllı heyvanlar

Müəllif: KRALİCEM
Şərhlər: 5
Baxılıb: 2 574
Səs ver:
(səs: 1)
Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.
İkinci pillə delfinlərə məxsusdur: onların dili çətindir, onlar özləri arasında ünsiyyət qura və komanda davranışına reaksiya verə bilərlər. Müharibələr zamanı onlardan "poçtalyon” qismində istifadə edirdilər. Delfinlərin baş beyinlərinin alın və qabıq hissəsi insanda olduğundan 40% çoxdur.

Üçüncü pillədə isə oranqutanlar yer alıb – bu meymunların özlərinin inkişaf etmiş mədəni və sosial əlaqələri var. Onlar həmçinin alətlərdən məharətlə istifadə edə bilirlər.

Oranqutanların sosiallığı isə idrak bacarıqlarının inkişafına öz töhfəsini verir.

Dördüncü pillədə fillər yer alıb. Bu isə onların yaddaş qabiliyyətlərinə görədir. Həmçinin onlar yeyəcəkləri qidanı ilk öncə təmizləyirlər. Bu vəfalı heyvanların dəstəsinin bir üzvü vəfat etdikdə isə onlar ağlayırlar. Bununla yanaşı, onlar su quyularının yerini dəqiqliklə yadda saxlaya bilərlər.
Beşinci yeri qarğalar tutur. Onlar – hiyləgərdirlər: qarğalar qozları yığaraq yola gətirirlər. Daha sonradan qozu yolun ortasına qoyaraq üzərindən maşın keçməsini gözləyirlər. Daha sonradan maşınların təkərləri altına düşməmək üçün yaşıl işığı gözləyir və yaxınlaşaraq öz qidalarını götürürlər. Ünsiyyət üçün isə müəyyən səslərdən istifadə edirlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri