Heyvanlar aləmi

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 013
Səs ver:
(səs: 1)
Heyvanlar insanlar kimi canlı varlıqlardır. Onlar da nəfəs alır, qidaya, suya və istirahətə ehtiyacları olur, hərəkət edirlər, özləri üçün sığınacaq düzəldir və öz körpələrinin qayğısına qalırlar.

Heyvanlar iki yerə bölünür: ev heyvanları və vəhşi heyvanlar. Sən necə düşünürsən, onlar hansı xüsusiyyətlərinə görə bir- birindən fərqlənirlər?

Vəhşi heyvanlar təbiətdə, azadlıqda özlərini evdə hiss edirlər, ev heyvanları isə insanların yanında yaşayır və onların qayğısına ehtiyac duyurlar.

Vəhşi heyvanlar
Vəhşi heyvanlar azadlqda yaşayır və insan köməyinə ehtiyacları yoxdur. Onlar öz sığınacaqlarını özləri qurur, özləri qida əldə edir və təhlükə zamanı özləri müdafiə olunurlar. Bəzən insanlar vəhşi heyvanları əhilləşdirirlər. Onlardan bəziləri bu təlimləri yaxşı qəbul edir. Əhilləşdirilmiş heyvanları sirklərdə görmək olar. Amma buna baxmayaraq vəhşi heyvanlar it, pişik və s. kimi əsl ev heyvanlarına çevrilə bilməzlər.
 
Ev heyvanları
İnsan ev heyvanları olmadan keçinə bilməz. Onlar insana qida, isti əşyaların hazırlanması üçün yun verirlər. Bəzi heyvanlar insanla birlikdə yaşayır və onların sadiq dostlarına çevrilirlər.
Ev heyvanlarının da həmçinin insana ehtiyacı olur. İnsanlar ev heyvanlarına su, yemək verir, onlar üçün isti sığınacaq düzəldir , soyuq havadan və mümkün təhlükələrdən qoruyurlar. Ev heyvanları da nə vaxtsa vəhşi olublar, amma insanlar onları əhilləşdirib və belə heyvanlar tədricən vəhşi təbiətdə yaşamalarına kömək edən instinktlərini itiriblər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri