Dovşanlar haqqında

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 10 411
Səs ver:
(səs: 6)
Zooparkda və evimizdə bəslədiyimiz,yupyumuşaq tüklərini oxşadığımız,gülməli dişləriylə kök gəmirmələrini izlədiyimiz dovşanlardan danışaq :)
Böyümüş olan dovşanların boyu 50-70 santimetr arasındadır.Qabaq ayaqları qısa,arxa ayaqları uzun və güclüdür.Ayaqlarının sayəsində,saatda 60-70 kilometr sürətli qaça bilir və bir addımlamada 6 metre irəliyə sıçraya bilirlər.Bir dovşanın ortalama bir sürətlə gedən maşından daha sürətli qaça bilməsi qəribə deyilmi?

Hər dovşan bu xüsusiyyətə sahib olaraq doğar.Şəfqət sahibi Uca Allah dovşanları,düşmənlərindən qurtula bilmələri üçün belə sürətli qaçıcı olaraq yaradmışdır.Dovşanların sürətli qaçmaları ən vacib xüsusiyyətləridir deyə bilərik.Hətta bu xüsusiyyəti səbəbiylə hekayələrə mövzu olmuşdur dovşan.
Ayrıca məzəli uzun qulaqları da dovşanlara xüsusi yaraşıq verir.Səs çıxarmadan yanına yaxınlaşmağa çalışsanız da,onlar sizi həmən hiss edərlər.Təbii bu xüsusiyyətləri düşmənlərinə qarşı da diqqətli olmalarına vacibdir.Azca bir səs,ya da qıpırtını hiss edər,o dəqiqə oradan qaçarlar.
Dovşanların səs telləri olsa belə demək olar ki,çox eşidilməz səsləri.Qorxduqlarında,ya da zərbə aldıqlarında,qulaqlarını cırmaqlayaraq "viyk viyk" səsinə bənzər bir səs çıxarırlar.

Dovşanlar ət yeməzlər.Ancaq demək olar ki,otlarla qidalanırlar.Ən sevimli qidaları isə,hamının bildiyi kimi "kök"dür.Hər şeyi bir biriylə uyğun yaradan Allah,kökü də dovşanların ən uyğun bəslənə biləcəkləri şəkildə yaratmışdır.Necə?-deyə sual versəniz...-Əslinə dovşanlar yerin altında qazdıqları yuvalarda yaşayarlar,kökdə əsl onların yer altındakı yaşantılarına uyğun olaraq yerin altına doğru böyüyür.Allah canlılara yalnızca yeməkləri üçün deyil,yaşamlarının asanlaşması üçün də bir çox xüsusilik vermişdir.Yer üzündə fərqli xüsusiyyətlərə sahib bir çok dəyişik dovşan yaşayır.Soyuq yerlərdə yaşayan dovşanların rəngləri ağdır.Bu səbəblə qarın üstündə hiss olunmazlar və asanlıqla gizlənə bilərlər.Ayrıca çöl dovşanlarının ayaqları və qulaqları digərlərindən daha uzundur.Çöldə yaşayan Amerikan dovşanının isə böyük qulaqları vardır.Yer üzündə 52 cür dəyişik dovşan növü vardır.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 10 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri