Marallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 120
Səs ver:
(səs: 2)
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib.
Azərbaycan forklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maral (cervidae) məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə mənsub otyeyən heyvandır. Hündür ayaqlara, qısa quyruğa, yaraşıqlı görkəmə malik olan maralın qulaqları uzun və hərəkətlidir. 40 növü əhatə edən 17 cinsi məlumdur. Əsas yayılma yerləri Avropa, Asiya, Cənubi və Şimali Amerika, Afrikadır. Adətən sürülər şəklində gəzib dolanırlar. Qidalarını ot, kol, ağac və digər bitki qrupları təşkil edir. Bəzi növləri hətta xırda heyvanlarla da qidalanır. Marallarda da mövsümlə əlaqədar bir çox heyvanlarda olduğu kimi tüləmə (tük dəyişmə) baş verir. Eləcə də buynuzdəyişmə müşahidə edilir. Adətən buynuzdəyişmə erkək fərdlərdə olur, lakin şimal marallarının dişləri də buynuzlarını töküb, yenisini əmələ gətirirlər. Bədənin rəngi əksər halda qonura çalır. Cavan heyvanda xallar var. Bəzi yaşlı fərdlərdə də belə xallara rast gəlinir. "Xallı maral" ifadəsi buradan əmələ gəlib.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri