Diqqət: Bu heyvanların nəsli kəsilə bilər!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 532
Səs ver:
(səs: 5)
Artıq dünyanın fərqli hissələrində bir çox heyvan nəslinin kəsilməsi təhlükəsi ilə qarşı- qarşıyadır. Bunun bir çox əhəmiyyətli səbəbləri mövcuddur. İlk insanlar sadəcə qarınlarını doyurmaq və qorunmaq üçün ov edirdisə, sonradan əyləncə məqsədli və fərqli ehtiyaclarını qarşılamaq üçün də heyvanları ovlamağa başladılar.  Mottomuzun əksinə olaraq, bu bəd xəbər olsa da Afrikadan Asiyaya həmin heyvanları tanımağınızı vacib hiss etdik. Çünki bu heyvanların sayı artıq kritik dərəcədə azalıb.

Vaquita (Meksika delfini)
Dünyada nadir görulən məməli heyvanlardan olan Meksika delfini çox az yerdə yaşaya bildiyi üçün və balıqçı torlarına rahat düşdüyünə görə nəsli tükənmək üzrədir.
 
Pigme Borneo Fili
Asya fillərindən 50 sm daha qısa olan fillər, eyni zamanda daha evcil olur. Palma ağaclarının əkilməsi fillərin otlaqlarını azaldır və saylarının azalmasına səbəb olur.
 
Cross River qorillası
1980-ci ildə nəslinin kəsildiyi ehtimal edilən qorilla hələ də mübarizəyə davam edir. "Cross river qorilla” bol əti olduğu üçün ovçuların ən sevimli ovlarından biridir.
 
Sumatra pələngi
Bu cins pələngin min illərdir sadəcə Sumatra adasında yaşaması insanlardan qaçmasını çətinləşdirir. Həyatda qalanların əksəriyyəti artıq qoruma altına alınıb və sadəcə 100-ü təbiətdə yaşamağa davam edir.
 
Qızıl başlı Langur
10 ildir qoruma altında olan və bütün cəhdlərə baxmayaraq artırıla bilməyən heyvan sonuncu dəfə 2003 ilində balalayıb.
Böyük PandaTəbiətin daralması, hissələrə parçalanması pandanın yox olmasına gətirib çıxarır. Qapalı yerlərdə çoxaltma cəhdləri və yaşadıqları əraziləri qoruma altına alınması hələ də təbiətdə qala bilməsinə imkan yaradır.
 
Qütb ayısı
İnsanın qütblərə gedib çıxması və icazəsiz ovlama, qütb ayılarının həyatına ən böyük təhdiddir. Bundan əlavə iqlim dəyşikliyi və buzların əriməsi də ayıların sürətlə azalmasının əsas səbəblərindən biridir.
 
Böyük Mekong Balığı
Təxminən 293 kiloqram olduğuna görə çox ovlanan Mekong balığı Laos, Kamboca və Tayland sahillərində yaşayır.
 
Meksika semenderi
Çəhrayı və dörd ayaqlı balığa həm də "gəzən balıq” deyilir. Artıq nəsli tükənməl üzrə olan balıq qoruma altına alınmağa çalışırlar.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 7 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri