İt saxlayanlar üçün vacib məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 11 199
Səs ver:
(səs: 2)
İt insanın ən sadiq və güvəndiyi dostudur. Bunu it saxlayanlar əla bilir. Bəziləri bu sevimli varlıqları aldıqdan sonra, onları özbaşına buraxır və düzgün baxmırlar. İnsan kimi heyvanların da müdafiəyə, sevgiyə və düzgün şəkildə qidalanmaya ehiyacları var. Bu gün sizə itlərə düzgün baxa bilmək üçün bəzi önəmli məsələlərdən yazmışıq.

Ayaqyolu: İtlərin səliqəli və düzgün şəkildə ayaqyolu ehiyaclarını qarşılaması və evinizi batırmaması üçün, lazımı qədər vaxt ayırmaqdan əlavə, həm də səbrli olmalısınız. Qəti şəkildə onlara nə qışqırın, nə də fiziki təzyiq göstərin. Bu heyvanlar sizin gördüyünüzdən daha ağıllıdırlar, onlara sadəcə başa salmağınız və tualet üçün hara getmək lazım olduğunu bildirməyiniz zamanla buna öyrəşməsi üçün bəs edəcək.  Ani "qəza” izləri və qoxu üçün isə soda istifadə etməyiniz lazımdır. Su və sodanı qarışdıraraq çirklənən yerə tökün və bir müddət sonra təmizləsəyin; iy və izdən xilas olacaqsınız.

Çox yemək: Əgər sizin itiniz çox yeməyə başlayıbsa, yemək qabına tenis topu qoymağınız zəruridir. Bu onun fikrini yemək əvəzinə, topa yönəldir və fikrinin dağılmasına səbəb olur.

Dişlər: İt sahibləri yəqin ki, onların dişlərini təmizləməli olduğunu bilirlər, amma bu heç də asan olmur. Bunu üçün çoxbilmiş üsul təklif edirik. Ev heyvanınıza sevdiyi oyuncağı diş pastası ilə sürtdükdən sonra verin.

Dondurulmuş qida: Heç bir it dondurulmuş qidalardan imtina etmir,  hələ siz bunu isti yay aylarında təklif etsəniz, xüsusilə sevinəcək. Toyuq qanadları və ya almanı yay aylarında nahar üçün itə verə bilərsiniz. İnanın ki, bu onlar üçün eksklüziv yemək kimi olacaq.

Su: İtlərin pişiklərdən əsas fərqlərindən biri də suyu və üzməyi çox sevmələridir. Ancaq bu onlar üçün bəzən problem ola bilir. Əgər itlərin qulağının içinə çoxlu su girsə xəstələnmələrinə və əziyyət çəkmələrinə səbəb olur. İtlər isə bu xəstləliyi çox ağır keçirdir. Bu səbəbdən dəniz və ya hovuzda onlara papaq taxa bilərsiniz. Bir başqa variant isə qulaqlarını sonradan pambıqla təmizləməkdir. Çimizdirərkən qulaqlarını sıx pambıqla tıxamaq da olar.

Xoş olmayan qoxu: İtlər küçədə gəzərkən gördükləri hər yerə burun soxur, nə gədli yeyir. Bütün bunlara görə ağızlarından bəzən üfunət qoxur. Bunun qarşısını almaq isə çox asandır. Bunun üçün yeməyinə petruşka əlavə edərək, qoxunu dəf edə bilərsiniz.

Qış ayları: Soyuq qış aylarında, çöldə mənfi temperatur olduğu günlərdə belə iti gəzdirmək lazımdır. Onları şaxtadan qorumaq üçün isə geyindirməyə ehtiyac yoxdur. Sadəcə olaraq, pəncələrinin altına vazelin sürtərək şaxtadan donmasının qarşını almağınız bəs edir.
Zərərli qidalar: İtlər də eynilə insanlar kimi özlərinə zərərli olan qidaları yeməyi sevir. Sevimli dostunuzun uzunömürlü və sağlam olması üçün, bəzi şeylərə diqqət etməlisiniz. Şokolad, soğan, spirtli içki, üzüm və şaftalı qəti şəkildə itlərə qadağandır. Bunları yeyəcəyi təqdirdə onlar üçün ölüm riski belə yaranır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 11 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri