Pinqvinlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 824
Səs ver:
(səs: 1)
Onlar haqqında hamının məlumatı var. Yaxından görməsək də, hər birimiz bu heyvanı çox sevirik. Dünyanın ən soyuq sevən heyvanları olmalarına baxmayaraq, onları görəndə insanın daxilində qəribə istilik, mülayimlik yaranır. Onlar haqqında saysız-hesabsız kinolar, cizgi filmləri mövcuddur, bir çox qurumun, ölkənin bayraq və gerblərini məhz bu sevimli heyvanların rəsmləri bəzəyir. Uçmağa qanadı olmasa da, dünyanın ən sevimli quşlarından biri olan pinqvinləri daha yaxından tanıyaq.

Pinqvinlərin bilmədiyimiz etimologiyası
Pinqvinlər və ya latıncadan əsl adı ilə desək, Spheniscidae Pinqvinkimilər, yəni Sphenisciformes dəstəsinə aid uçmayan quş fəsiləsidir. Maraqlıdır, bu qəribə, sevimli, bəzən də gülməli görünən, uça bilməyən quşların adının mənası nədir? Pinqvinin adının etimologiyası ilə bağlı üç əsas mülahizə mövcuddur. Qədim kelt dilində “pen” baş, “gwyn” isə ağ deməkdir. Qədim keltlər bu adla auklar ailəsinə aid və nəsli kəsilməkdə olan qanadsız auku adlandırırdılar. Dənizçilər pinqvinləri gördükləri zaman məhz xarici görünüşündən auka bənzətdiklərinə görə belə adlandırmışdılar. Antarktidanın kəşfinə qədər isə pinguinus termini Avropada yalnız qanadsız aukun adı olaraq istifadə olunurdu. Bəzi tədqiqatçıların fikrincə isə söz ingilis dilindəki “pinwing”, yəni sancaq qanad sözündən götürülüb. Xatırladaq ki, ingilislər də ilkin olaraq, bu sözü məhz auklar üçün istifadə edirdilər. Amma ortaya sürülən versiya bir az şübhəlidir, çünki ingilis dilində pinqvin sözü “pinwing” yox, məhz “penguin” kimi yazılır. Latın dilindəki “pinguis” sözü isə gonbul, kök, dolu mənasını verir. Pinqvin sözü yalnız latın dilində deyil, bir çox Avropa dillərində də eyni mənanı bildirir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri