Uçan ilan haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 8 680
Səs ver:
(səs: 2)
Biz elə gəlir ki, uçan ilanlara Hollivud filmlərindən və gecə qarabasmalarından başqa heç bir yerdə rast gələ bilmərik. Amma Cənubi və Cənub-Şərqi Asiyada, havada müəyyən məsafə qət edə bilən ilanlar yaşayır.

Uçma qabiliyyətinə sahib olan bu sürünənlər Chrysopelea paradisi növündən olan ilanlardır. Uçuşdan qabaq onlar ağac budaqlarının sonuna sürünüb oradan latın J hərfini xatırladan formada sallanırlar. Uçuş üçün planlaşdırdıqları istiqaməti seçərək müvafiq tərəfə çevrilirlər. Ardından isə budaqda qalan quyruq hissəsi ilə özlərini havaya ataraq, eynən yerdə olduğu kimi, havada da lazım olan yerə istiqamət təyin edirlər. Bu üsulla uçan ilanlar havada hətta 100 metrə qədər məsafə qət etməyə qadirdirlər.

Uçuş müddətində ilanların dairəvi bədəni inanılmaz dərəcədə düz olur. Uçan ilan havada qabırğalarını düz tutur və qarnını içəriyə doğru çəkir. Beləcə bədəninin altında çökük səth yaradır. Bu transformasiya onun bədənini tam aerodinamik formaya çevirir.

Bu gün bu ilan növü haqda bizə çox az şey məlumdur. Lakin, uçuş mexanizmlərini ov prosesində daha tez hərəkət etmək (bir ağacdan digər ağaca keçmək üçün yerə enib yenidən yuxarıya sürünməkdən daha yaxşı və sərfəli yol, bir ağacdan digər ağaca atdanma, süzmə, daha sonra isə üçma xüsusiyyətini inkişaf etdirməkdir) və ya ovçu canlılardan qaçma prosesində təkmilləşdirdikləri hesab edilir. Buna baxmayaraq havada bir çox uça bilən məməlilərdən, misalçün, uçan dələlərdən daha müvəffəqiyyətlidirlər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri