Arılar haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 8 294
Səs ver:
(səs: 12)
Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.
80,000 qədər arı bir qovanda koloniya halında yaşaya bilir.

Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər qovanda yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən qovandan qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.
Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölərlər.

Kraliça bal arısı bir deyil bir neçə erkək bal arısı ilə çütləşər. Bir çox fərqli arıdan 70 milyon sperma yığana qədər bu proses davam edər.
1660-cı ilə qədər “kraliça” arının əslində “kral” olduğu düşünülürdü. Lakin sonra Hollandiyalı alim Jan Svammerdam qovanın böyük arısını hissələrə bölüb tədqiq edən zaman onda yumurtalıqlar kəşf etdi. Beləliklə, həmin dövrə qədər davam edən səhv anlaşılma aradan qalxdı.

Avstraliyalı alimlər apardıqları tətqiqadlar yolu ilə arıların insan sifətini tanıya bilmə qabiliyyətini kəşf etmişdirlər.
Arılar həm də partlayıcı maddələri tanıya bilmək bacarığına malikdirlər.

“Balayı” kəliməsi qədim Şimali Avropa ənənəsindən qalmadır. Belə ki, bu ənənəyə görə yeni evlənən çütlüklər bir ay ərzində mayalı baldan hazırlanan bal likörü içirlər.

Birinci Dünya müharibəsində baldan əsgərlərin yarasını sağaltmaq üçün istifadə edirdilər. Çünki bal nəmi əmir və yaranın tez bir zamanda bağlanmasına kömək edir.
Bal düzgün şəraitdə saxlandıqda heç bir zaman xarab olmur.

Şimali Myanmarda bir mədəndən tapılan “melittosphex burmensis” cins arı bilinən ən qədim arı hesab edilir. Bu arı cinsi təxminən 100 milyon il əvvəl yaşamışdır.
Bir arı yaxınlaşdıqda eşitdiyimiz “bız” səsi dəqiqədə 11,400 dəfə çırpdıqları qanadların səsidir.

Arılar saatda ən azı 25 km sürətlə uça bilirlər.
1943-cü ildə Avstraliyalı zooloq Karl Von Friş arıların etdikləri rəqsləri araşdırmışdır. Karlın tətqiqatına görə dairəvi şəkildə edilən rəqs yeməyin yaxınlıqda olduğunu, yellənərək edilən rəqs isə uzaqda olduğunu bildirir.
(səs: 12)
Şərhlər: 3
Baxılıb: 8 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri