Yaquarlar haqqında məlumat

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 717
Səs ver:
(səs: 2)
Yaquar güclü əzələlərə sahib bir heyvandır. Bədən ölçüləri müxtəlifdir. Ağırlığı ümumiyyətlə 56-96 kiloqram arasında dəyişsə də 131-151 kiloqram (dişi aslan və pələnglərin ortalama ağırlığına çatır) gələn daha iri yaquarlarla 36 kiloqram gələn daha kiçik yaquarlar da qeydə alınmışdır. Dişilər ümumiyyətlə erkəklərdən 10-20 % daha kiçikdir. Pişiyin boyu 1,62-1,83 metr arasında dəyişir və bu boya quyruq 75 santimetr daha əlavə edir. Çiyin yüksəklikləri 67-76 santimetr arasındadır.
Mekshikanın pasifik sahilində Chamela-Cuixmala biosfera Rezervinde yaquarlar üzərindəki araşdırmaları nəticəsində təxminən bir puma ölçülərində 30-50 kiloqramlıq yaquarların varlığını müəyyən etmişdir. Buna qarşı Braziliyada Pantanal bölgəsində də ortalama ağırlığı 100 kiloqram olan yaquar aşkar edilmişdir.
Meşə yaquarları açıq sahədə olan yaquarlara görə daha tünd rənglərdə və daha kiçikdir. Bunun səbəbi böyük bir ehtimalla meşəlik sahələrdə böyük ot yeyən ovlarının daha az olmasıdır.

Qısa və qalın qıç quruluşu yaquarın yaxşı dırmaşmağına, sürünərək irəliləməsinə və suda yaxşı üzməsinə imkan yaradır. Baş möhkəmdir və çənə həddindən çox güclüdür. Yaguarların bütün Pişikkimilər içində ən güclü və məməlilər içində isə ikinci ən güclü çənəyə sahib heyvan olduğu müəyyən edilmişdir.Çənələri o qədər güclüdür ki,çanaqlı bağanın qabığını asanlıqla qırıb deşə bilər. Bədən nisbətinə görə dişləmə gücü müqayisə edildikdə yaquarın aslan və pələngi geridə qoyaraq,bəbirlə eyni gücə sahib olduğu müəyyən edilmişdir. National Geographic jurnalının xüsusi bir sayında da yaquarın dünyanın ən qüvvətli pişiyi olduğunu qeyd olunmuşdur. Bir yaquarın 300 kq-lıq bir öküzü belə çənəsi ilə 8 metr sürükləyə biləcəyi və ən ağır sümükləri belə əzə biləcəyi bildirilmişdir. Yaquar cəngəllik içində 300 kiloqrama qədər olan heyvanları ovlaya bilər, onun qısa və qalın fiziki quruluşu ovuna və ətrafına görə keçirdiyi adaptasiyanın bir nəticəsidir.
Yaquarın dərisi əsl sarımtıl - qəhvəyi rəngdə olsa da, qızılı-qəhvə rəngindən qaraya qədər dəyişir.
Yaquarın kürkü cəngəllikdə müdafiə ola bilmək üçün gül şəklində ləkələrlə örtülüdür. Dəri üstündəki xallar bir yaquardan digərinə görə fərqli olur.Bu gül şəklindəki xallar fərqli tipdə bir ya da bir neçə xal ola bilər. Ümumiyyətlə baş və boyundakı xallar dolu, boşluq olmayan ləkələrdir. Quyruq bölgəsində də eyni formadakı xallar birləşərək bir qurşaq halına gəlir. Göbək, boyunaltı və ayaqların xarici üzləri ilə aşağı yanları ağdır.
Bu növdə "melanizm" deyə bilinən vəziyyət meydana gəlir. Melanizmə sahib yaquarlar xallı tipdən daha az məşhurdur. Cənubi Amerika bölgəsində melanizm yaquarlar 100\6 nisbətindədir.Melanizm olan yaquarlar tamamilə qara görünsələr də yaxından incələdikdə xallar görülə bilər.Bu növ yaguarlar xalq arasında "qara pantera" olaraq bilinsə də ayrı bir növ meydana gətirməzlər. Bə`zən ağ pantera deyə adlandırılan nadir görülən albino fərdlər, digər pişikkimilərdə olduğu kimi yaguarlar arasında da aşkar edilmişdir.
Yaquar bəbirə çox bənzəyir, amma daha qısa və qalın quruluşu vardır. İki heyvan dərilərinin üzərindəki gül şəklindəki xalları da ayırd etmək olur: yaquarın xalları sayca daha az və böyükdür. Ümumiyyətlə tünd rənglidir və qalın xəttli xalların ortasındakı kiçik xallar bəbirdə tapılmaz. Yaquarın başı daha yumrudur, daha qısa amma qalın qıçları vardır.

Nəsilartırma və həyat tərzi
Dişi yaguarlar cinsi yetkinliyə təxminən iki ildə çatır,erkək yaquarlarda isə yetkinlik dövrü 3-4 il sonra başlayır.Təbii mühitində pişiyin il boyunca çiftləşdiyi sanılmaqdadır ancaq ov artdıqda doğuşların sayı da artar.Dişilər sidik ilə buraxdıqları qoxu və daha yüksək səs tonu ilə cütləşmənin hazır olduğunu bildirir.
Hamiləlik 93-105 gün arası davam edər və dişi sıxlıqla iki bəzən də dördə qədər bala doğa bilər. Balalar dünyaya gəldikdən sonra bütün məsuliyyət ananın öhdəsinə düşür və onlar erkəklərin ətrafda gəzməsinə icazə vermirlər. Pələnglərdən da görülən bu davranış bala yamyamlığını önləmək üçündür.
Gözü bağlı doğan balalar iki həftə sonra gözlərini açar. Üç ayda süddən kəsilən balalar anaları ilə birlikdə ova çıxmadan əvvəl altı aylıq olana qədər yuvalarından ayrılmaz. Balalar bir- iki il arasında anaları ilə birlikdə qaldıqdan sonra özlərinə aid bir bölgə meydana gətirmək üçün ayrılarlar. Gənc erkəklər əvvəllər immiqrantlar və yaşlı erkəklərlə özlərinə aid bir bölgə tapana qədər dalaşıb-didişərlər. Təbii həyat sahələrində yaquarların həyat müddəti 12 il ətrafındadır. Əsarət altında 23 ilə qədər yaşadıqlarına görə ən uzun yaşayan pişiklərin sırasında yerlərini almışlar.
[center]İctimai quruluş
Pişiklərin əksəriyyəti kimi, ana-bala qruplarının xaricində yaquar tək başına gəzər. Yetkinlərdə ümumiyyətlə pərəstişkarlıq etmək və cütləşmək üçün biraraya gəlir və özlərinə geniş bölgələr ayırarlar. Dişilərin 25-40 kv.km- lik bölgələri bir-biri ilə kəsişsə də ümumiyyətlə üz-üzə gəlməkdən qaçınarlar.Kişilərin bölgələri ov və yetərli sahə vəziyyətinə görə təxminən iki qatı yer tutur və bir-birini kəsişmir. Pəncə izləri, sidik və nəcis bölgəni təyin etmək üçün istifadə edilir.
Digər böyük pişiklər kimi yaquar da kükrəyə bilir. Ümumiyyətlə, bölgə və dişi yoldaşı üçün rəqiblərini xəbərdar etmək məqsədi ilə kükrərlər. Təbii həyat yerlərində fərdlər arasında qarşılıqlı kükrəmələr müşahidə edilmişdir. Kükrəmələri təkrar edən öskürəyə bənzər və bəzən miyoldama ilə homurdanma səsləri də çıxararlar.
Çox nadir də olsa erkəklər arasında cütləşmə səbəbiylə döyüş çıxa bilər amma ümumiyyətlə təcavüzkar davranışlarda olmadıqları müşahidə edilmişdir. Çıxan döyüşlərə əsas səbəb bölgəyə hakim olmaq istəkləridir. Bir erkəyin bölgəsinə iki ya da üç dişinin bölgəsi daxildir,amma başqa bir erkəyin girməsinə icazə verməzlər.
Yaquar ümumiyyətlə gecə heyvanı olaraq bilinsə də daha çox yarı qaranlıqda (gündoğuşundan əvvəl və günbatışından sonra) aktivdir.Erkəklər də dişilər də ovlanır amma erkəklər daha böyük bölgədə olduqlarından hər gün daha çox yol qət edirlər. Ov olduğu təqdirdə yaquar gündüzləri də ov edir. Zamanının 50-60'%-ini aktiv olaraq keçirən yaquar olduqca enerjili bir pişikdir.Yaquarın yaşadığı yerlərə asan çatmaq olmadığından onun izlənilməsi də olduqca çətindir.
[center]Ovlanma və bəslənmə
Bütün pişiklər kimi yaquar yalnız ət ilə bəslənən bir ətcil heyvandır. Fürsətçi bir ovçudur və 85-e yaxın növü ovlar. Yaquar hər zaman böyük ovları seçər,eyni zamanda pişik, qurbağa, siçan, quş, balıq, və evcil heyvan kimi tuta bilidiyi hər cür heyvanı yeyə bilər.
Yaquar Pantera cinsində məşhur olan dərin dişlək və boğma texnikasını istifadə etsə də pişiklər arasında istisna təşkil edən özünə xas bir öldürmə üsulu vardır: it dişleri ilə ovunun qulaqları arasından gicgah sümüklərini dişləyərək birbaşa beynini deşər.Bu üsul yaguarların təməl ovlarını təşkil edən çanaqlı bağanın qabıqlarını asanlıqla deşə bilməsi ilə əlaqələndirilir. Kəllə dişləyini məməlilər üçün tətbiq edən yaquar, cayman kimi ovlarda isə arxaya sıçrayaraq onurğa sümüyünə zərər verib ovunu hərəkətsizləşdirir. Tısbağa qabığını qıra biləcək gücdə olsa da, qabığın içindəki ətləri sıyırarak da yeyə bilər. It kimi ovlarda isə kəlləni qıra biləcək bir pəncə zərbəsi kafi olar.
Yaquar əgər izləmə ovundaysa, ovunu izləyib pusquya salır.Meşə cəngəlliklərində yavaşca dolanaraq pusquya salmadan və hücum etmədən əvvəl ovunu dinləyir və izləyir. Yaquar saxlandığı yerdən və ümumi hədəfinin ölü nöqtəsindən çevik bir sıçrayışla hücum edir.Onların bu pusqu qabiliyyətləri, həm yerlilər, həm də sahə araşdırmaçıları tərəfindən heyvanlar aləmində bənzərinə çox rast gəlinməyən bir qabiliyyət olaraq bilinir. Pusu qabiliyyəti böyük bir ehtimalla çox fərqli mühitlərdə super ovçu olmanın inkişaf etdirdiyi bir qabiliyyətdir.Yaquar pusquda ovun arxasından suya sıçrama hərəkəti də edə bilər.Üzərkən çox rahat bir şəkildə ovlarını öldürə bilir. Elə qüvvətlidir ki bir inək ölüsünü belə bir ağacın üzərinə çıxara bilərlər.
Ovunu öldürdükdən sonra cəsədini çalılığa ya da gözdən uzaq başqa bir nöqtəyə daşıyır və ovunu boyun və sinəsindən yeməyə başlayır. Ürək və ciyərlərdən sonra çiyinlərini yeyir.Yaquarların 34 kiloqramlıq ən zəif üzvlərinin gündəlik qida ehtiyaclarının 1,4 kiloqram olduğu müəyyən edilmişdir.Çəkisi 50-60 kiloqram olan əsarət altındakı heyvanlar üçün isə gündəlik qida miqdarı olaraq 2 kiloqramdan çox et vermək məsləhət görülmür. Təbii mühitlərində bu miqdar müxtəlif ölçülərdədir, çünki ovunun tutulması və öldürülməsində çox enerji sərf edən yaquar bir dəfəyə 25 kiloqram ət yedikdən sonra hələ aclıq dövrünə girir..
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri