Dünyanın 10 ən ağıllı heyvanı

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 984
Səs ver:
(səs: 1)
Bizim planetimizdə çoxsaylı gözəl canlılar yaşayırlar. Alimlər artıq uzun müddətdir ki, onlardan hansının ən ağıllı olduğunu araşdırırlar. Simsar.az alimlərin “Dünyanın 10 ən ağıllı heyvanı” hesab etdiyi heyvanların siyahısını və onlar haqqında məlumatı sizə təqdim edir. Ən ağıllı heyvanlar silsiləsindən 9-cu yerin sahibi – SƏKKİZAYAQLI İLBİZ

9-cu yer: Səkkizayaqlı ilbiz (Osminoq)
Osminoq sualtı aləmin ən ağıllı heyvanlarından biridir. Onlar oynaya, rəngləri və formaları seçə, tapmaca həll eliyə, labirintlərdə çıxış you tapa bilirlər. Bəzi ölkələrdə hörmət əlaməti olaraq osminoqlara əməliyyat etməmişdən öncə narkoz verilir. Osminoqlar onurğasızlara aiddirlər. Onlara yaxın olan növlər kalmar və molyusklardır. Ümumilikdə dünyada 200-dən artıq osminoq növü var. Onlar çox ağıllı ovçulardılar. Açıq döyüş onlara aid deyil, gizlənib qurbanlarını görən zaman hücum edirlər. Lazım gəldikdə osminoq suya qara mürəkkəb buraxır. Həmin mürəkkəb həm osminoqun gizlənməsinə kömək edir həmdə ona hücum edən canlını bir neçə dəqiqəlik iybilmə qabiliyyətindən məhrum edir. Onların hər şeyə maraqlı olmaları intellektləri ilə assosasiya olunur. Həmçinin osminoqlar özlərinə daşlardan ev hazırlaya bilirlər. Bu da onların intellektinin bir göstəricisidir. Onların yeganə anlaya bilmədikləri şey şüşənin şəffaflığıdır. Bunu sübüt etmək olar. Belə ki, osminoqa şüşədə verilən yeməyin şüşədə olduğunu o heç cürə anlaya bilmir və şüşəyə çırpılmaqda davam edir. Onun ən güclü silahı ayaqlarıdır. Səkkiz ayağı həm hərəkət həm də ovçuluq rolu oynayır. Ayaqları olmadan o harada olduğunu bilə bilməz. Hücum və qorunma zamanı o ön ayaqları ilə qurbana yapışır. Müxtəlif eksperimentlər göstərir ki, osminoqların çox güclü yaddaşı var. Elə onun yaddaşı onun intellektini inkişaf etdirir. Aparılan eksperimentlər göstərir ki, osminoqlar əhlilləşdirilə bilirlər. Onlar həndəsi fiqurları, qaranı və ağı, vertikalı və üfüqi ayırd edə bilirlər. Onun əqlinin daha bir göstəricisi də odur ki, osminoqları qipnoz etmək mümkündür. Əgər osminoq əlin ortasında ayaqları aşağı sallanmış şəkildə saxlanılsa o artıq oyanmaz. Siz onunla istədiyinizi edə bilərsiniz lakin onun bədəni cansız kimi tərpənməz. Alimlər bu maraqlı heyvanları araşdırmaqda davam edirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri