Qu quşu haqqında

Müəllif: Totu
Şərhlər: 5
Baxılıb: 33 783
Səs ver:
(səs: 16)
Qu quşu - sevgi, dirçəliş, saflıq, müdriklik, alicənablıq, ilahi qabiliyyət, hikmət və cəsarət rəmzidir. İnsan qəlbinin göy üzündə qu quşu şəklində uçduğu haqda rəvayətlər yazılır. Özündə hava və suyu birləşdirən qu quşu həyatdaki varlığın quşu hesab edilir, eyni zamanda özündə ölümü cəmləşdirir. Bu səbəbdən əfsanələrdə ağ və qara qu quşları birgə əks olunur.
Slavyanlar qu quşlarını Günəş Allahı hesab edirlər. Ayna tayfasına görə qu quşları insanların əcdadı sayılır, monqollara görə insanlar qu quşunun pəncəsindən yaranmışlar. Sibirlilər inanırlar ki, qışda qu quşları qara çevrilir.
Hind əfsanələrinə görə bir gənc öz biliyi hesabına qızılı qu quşuna çevrilərək günəşə birləşdi. İlahə Sarasvati və Braxma qu quşu ilə əlaqləndirilirlər. Bu səbəbdən hindlilər Xam və Sa adlı qu quşlarını xüsusi yerdə saxlayıb onları lotos çiçəyindən alınmış bal ilə qidalandırırlar. XamSa qu quşların səmavi varlıqların birliyinin rəmzi kimi divarlarda əks edilirdilər.
Yunan-roma əfsanələrinə görə qu quşları Zevs, Afrodita, Apollon, Ofey ilə əlaqəlidirlər. Miflərdə çəkilmiş rəsmlərdə hər zaman Heliosun oğlu qu quşlarına bağlı arabada günəşə doğru uçarmış.
Növbəti mifə görə çariça Leda öz gözəlliyi ilə Zevsi birgə tuturmuş. Və bir gün Zevs onun qarşısına yaralı qu quşu şəklində gəlir, Leda quşu görüb sığallayır, və sonra onun bir yumurtası olur. Və bu yumurtadan gözəlçə Elena dünyaya gəlir. Həmin bu Elena səbəbindən Troya döyüşü baş verir.
Yunanlılar inanır ki, qu quşları ölümündən öncə günəşə doğru uçub öz "qu quşu mahnı"larını son dəfə ifa edirlər. Almanlılar qu quşlarının gələcəyi görməklərini düşünürdülər.
Slavyanlarda qu quşu cütlükləri - sevgi rəmzidir. Qu quşlarının bir-birinə olan sevgisi, sadiqliyi onları sadiqlik rəmzi etməsinə səbəb olub.
(səs: 16)
Şərhlər: 5
Baxılıb: 33 783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri