Heyvanlar aləmi: Göy Balinalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 430
Səs ver:
(səs: 0)
Göy balina (lat. Balaenoptera musculus) — balaenoptera cinsinə aid məməli heyvan növü.

Görünüşü
Bu nəhəng su canlısının kütləsi 160 t, uzunluğu 33,58 m, ürəyinin kütləsi isə 700 kq-a çatır. Məhv olma təhlükəsi altındadır. Məməlilər dəstəsinin ən iri nümayəndəsi. Dişilərin maksimal uzunluğu 33,2 m, erkəklərin 32, 6 m. çatır.(Şimal yarımkürəsinin göy balinaları ölçülərinə görə Cənub yarımkürəsindəkilərdən kiçikdir). Nəhəng ölçülərinə baxmayaraq, bədən quruluşu mütənasibdir, hidrodinamikdir. Bel üzgəci nisbətən alçaqdır - 30 sm. qədər(seyvalda yaxud finvalda olduğundan alçaqdır). Sinə üzgəcləri ensizdir, itivaridir və bir qədər qısadır( bədən uzunluğunun 1/7-1/8 qədərində). Rəngi göy çalarla tünd-bozdur, çoxsaylı boz zolaqlarla. Beli yanlarından və qarnından tünddür. Bığların(dişlərin) hündürlüyü 130 sm. çox deyil, eni 50-60sm, sayı isə alt çənənin hər tərəfində 270-440 dənədir. Bığların rəngi qaradır. Qarnında 70-114 uzununa dəri "zolağı" var. Dünyanın ən iri canlısı hesab edilir.

Yayılması
Geniş yayılmışdır: subtropik və subarktik (subantarktik) sularda. Şimala 35 dərəcə şimal en dairəsinə, cənuba 40 dərəcə cənub en dairəsinə qədər yayılıblar, hər iki yarımkürənin buzlarından başqa.

Göy balinalar pelaqik məmlidir, adətən açıq okeanda, nadir halda sahilə yaxın görünürlər. Adətən tək ya da cüt, bəzən üçlükdə qalırlar. Qidalanan balina asta üzür, suyun altında 8-10 dəqiqə qalır. Sonra 15-30 saniyəara ilə 10-12 dəfə suyun üzünə çıxır. Qorxudulmuş balinanın sürəti saatda 20 milə çatır. Göy balinanın fəvvarəsi 10 metr hündürlüyə çatan, yuxarı hissəsində genişlənən konusa yaxud sütuna bənzəyir.

Miqrasiya
Miqrasiyaları qeyd olunub. Qış vaxtı isti sulara, yayda isə yuxarı enlərə buzlaqlara yaxın gedirlər. Sakit okeandakı miqrasiyaları yay gəzintilərindən cənuba Asiya və Şimali Amerika sahilləri boyu Yaponiya və Kalifoniyaya qədər qeyd olunub. Şimali Atlantikada miqrasiyaları Avropa və Şimali Amerika sahilləri boyu qeyd edilib

Qidalanması
Əsasən iri onurğasızların planktonu, xərçəngkimilərlə, əsasən eufauziidalarla qidalanırlar. Sakit okeanda balıq və başayaq molyusklarla qidalanması qeyd olunub

Cütləşmə və laktasiya
Cütləşmə və balalama müddətləri çox uzundur. Cənub yarımkürəsində cütləşmə iyul-avqust, Şimalda -yanvara təsadüf edir. Hamiləlik 10-11 aydır. Yeni doğulmuş balanın uzunluğu 7-8 metr olur. Dişilər iki ildən bir balalayır. Bir bala gətirir. Laktasiya müddəti 6-7 aydır. Cinsi yetkinliyə 8-10, başqa məlumata görə 23-30 yaşında çatır.

Sayı
Sayları son zamanlar qəzalı surətdə düşüb. Belə ki, Antarktik sularda göy balinaların sayı əvvəllər 200 minə çatdığı halda, 1963-cü ildə 4 minə enib. Şimali Atlantikada onların sayı təxminən 150 dənə qalıb, Sakit okeanın şimal hissəsində isə 1971-ci ildə -1760 idi. 80-ci illərin əvvəlinə də sayları təxminən bu qədər idi. Sayının azalması sənaye ovlanması ilə bağlıdır. Ovlanması Şimali Atlantikada 1960-cı ildə, Antarktikada 1965-ci ildə, Şimal Pasifikdə(Sakit Okeanın şimal hissəsində)1967-ci ildə qadağan olunub.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri