Heyvanlar aləmi: Üçzolaqlı kərtənkələlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 584
Səs ver:
(səs: 0)
Üçzolaqlı kərtənkələ (Lacerta trilineata) — Yaşıl kərtənkələlər cinsinə aid Kərtənkələ növü.

Ümumi uzunluğu 40—50 sm, bədəni 16 sm təşkil edir. Balalar qəhvəyi rəngə malik olur və bel nahiyyəsindən ağ-sayı xətlər keçir. Yaşıl hissədə qara nöqtələr vardır. Çütləşmə zamanı erkəklərdə boyun nahiyəsi tünd göy və ya mavi rəng alır.

Onlar əsasən quyu yerlərdə, Fıstıq və Palıd meşələrini, qayalıqları və dağ çöllərini xoşlayır. Ağaclara rahat çıxa bilir. 2-3 metr tullana bilir. Əsasən Cücülər, kiçik onurğasızlar və kiçik kərtənkələlərlə qidalanır.

Yumurta qoymaqla çoxalır. Çütləmə aprel-may aylarına təsadüf edilir. Dişilər bir dəfəmə 9-18 yumurta qoyur. Mövsüm ərzində isə 30 yumurta qoya bilir. İyulun sonu 7-8 sm uzunluğu olan balalar yumurtadan çıxır.

Bu növün bir çox yarımnövləri Qafqazda zəhərli sayılır, əslində isə belə deyildir.

Növ Almaniya, Şərqi Bolqarıstan, cənub-şərqi Runınya və Albaniya, Makedoniya, Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Qərbi və Mərkəzi Türkiyə, Şimali İraq, Cənub-Qərbi İran, Krasnodar vilayəti ərazilərində yaşayır. 0-1600 metr yüksəkliklər arası ərazilərdə rast gəlinir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri