Heyvanlar aləmi: Qızılqaz‎

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 799
Səs ver:
(səs: 2)
Qızılqaz (lat. Phoenicopterus) - qızılqazlar fəsiləsinə aid quş cinsi.

Növləri
Nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır.

Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır.

Çoxalması
Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Sayı
Azərbaycanda qışlayan qızıl qazların sayı XX əsr ərzində 10 dəfə düşmüşdür. Məsələn, Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Sayının dəyişilməsinin əsas səbəbi, yəqin ki Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır. 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar qızıl qazların toplanma yerləri vaxtaşırı olaraq dəyişilir, yeni yerlər əmələ gəlir, köhnələri isə su altında qaldığı üçün qışlamağa yararsız olur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri