Heyvanlar aləmi: Siçovullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 800
Səs ver:
(səs: 0)
Siçovullar (lat. Rattus) — siçankimilər fəsiləsindən gəmirici heyvan cinsi.

Bədəninin uzunluğu 10—30 sm olur. Quyruğu bədənindən bir qədər uzun və yaxud qısa, üstü pulcuq və seyrək tüklərlə örtülmüşdür. Qulaqları iridir.

Siçovullar hər 3—4 aydan bir çoxalır. Hər dəfə 5—15 bala doğur. Cinsi yetkinliyə 3—4 aylığında çatırlar. Siçovullar hər şey yeyirlər. Bir sıra ərzaq məhsullarını xarab edir, dəri və bu kimi materialları, binaları zədələyirlər. Bəzi qurd və yoluxucu xəstəlikləri yayırlar.

Siçovullara qarşı mexaniki, kimyəvi və bioloji üsullarla mübarizə aparılır. Siçovulların dərisi və xəzi ikinci dərəcəli xammal kimi itifadə olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri