Heyvanlar aləmi: Ərincəklilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 307
Səs ver:
(səs: 0)
Ərincəklilər və ya kiçik su ayıları (lat. Tardigrada) — onurğasız heyvanlar tipi. Buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən çox növü yaşayan mikroskopik canlıdır. Suda yaşayır, 8 ayağı olan mikroskopik,eukariot canlıdır. Su ayılarının genomu təxminən 75- 800 DNT meqaəsas cütlüyündən ibarətdir.

İlk dəfə 1773-cü ildə alman pastoru Johan August Ephraim Goeze tərəfindən kleiner Wasserbär (kiçik su ayısı) kimi təsnif edilmişdir. 1777-ci ildə italyan alim Ladzaro Spallanzani ona il tardigrado, Ərincəkli, 1840-cı ildən isə latın dilində Tardigrada kimi adalanır.

Bu maraqlı canlılara verilən başqa bir ad olan "Su ayısı" isə hərəkətlərinin ayı yerişini xatırlatmasından qaynaqlanır. Su ayılarının ən böyükləri 1.5 mm uzunluğa çata bilər. Yumurtadan yeni çıxmış bir Su ayıları sürfəsinin ölçüsü isə 0.05 mm-dən də kiçik ola bilər.
Su ayısı

Su ayılarının metabolizmlərini müvəqqəti dayandırmaq və "cryptobiosis" ("kriptobioz" -bütün həyati funksiyalarını dayandırma) vəziyyətinə girə bilən bir canlıdır. İllərlə susuzlaşdırılmış vəziyyətdə sağ qalır(Onlar əlverişsiz mühitdə bədənlərindəki süyun böyük hissəsini xaric edib büzüşürlər,əlverişli şəraitdə yenidən canlanırlar). Onların bu vəziyyətində metobolizm səviyyəsi normanın 0.01%-dən az, tərkibindəki su isə 1%-ə qədər enə bilər. Belə davamlılıq qabiliyyəti onların membranlarını qoruyan karbohidrat-treqalozanın( trehalose) yüksək səviyyəsindən asılıdır.
Xüsusiyyəti

Su ayılarının davam gətirə bildiyi ekstremal şərait:

Temperatur-Su ayıları 151 °C-də (424 K) bir neçə dəqiqə ərzində yaşaya bilər . -200 °Cdə (70 K) günlərlə və ya -272 °C-də bir neçə dəqiqə soyuqda sağ qalır.

Təzyiq – onlar çox aşağı təzyiqlərə(vakuuma yaxın) və yüksək təzyiqlərə tab gətirirlər (1200 atmosfer təzyiqi, hətta okean dərinliklərində 6000 atmosfer təzyiqinə tab gətirirlər). Aşkar olunub ki, o, açıq kosmosun vakuum şəraitində ən azı 10 gün yaşaya bilər.

Susuzlaşdırma – Su ayıları susuzlaşdırılmış şəraitdə təxminən on il yaşaya bilər.

Radiasiya – Su ayıları 5000 Gy (qamma şüalar) dozaya qarşı tab gətirir (5-10 Gy insan üçün ölümcül ola bilər).

Su ayıları 2007-ci il sentyabr ayında kosmosa göndərilən Avropa Kosmos Agentliyinin FOTON-M3 adlı kosmik gəmisinə yerləşdirildi və kosmosun sərt şəraitinin təsirinə məruz qoyuldu. Kosmik gəmi qayıtdıqdan sonra tədqiq edilən nümunələrin çoxunun həddindən artıq istilik və oksigensiz mühitdən zərər çəkmədikləri, bəzi fərdlərin isə ölümcül səviyyədəki ultrabənövşəyi şüalardan təsirindən sağ qaldıqları və törəməyə davam etdikləri aydınlaşdı. Mövzu haqqında araşdırmalarını nəşr etdirən Kristianstad Universitetində Dosent olan Ingemar Jönsson faktların arasında ən maraqlı olanın bu canlıların radiasiyaya olan müqaviməti olduğunu ifadə etmişdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri