Heyvanlar aləmi: Arılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 403
Səs ver:
(səs: 0)
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.

İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.

Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər

Maraqlı xüsusiyyəti
Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar olur.
Pətəyin içərisində müəyyən qruplar olur ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.
Qış aylarında arılar pətəkdə qalırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar çölə çıxmağa meyilli deyillər.
Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.

Arı ailəsindəki fərdlər və arının anatomik quruluşu

Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı ana arı ilə cütləşən zaman onun tənasül aparatı və daxili orqanlarında bir hissəsi qırılıb ana arının tənəsül orqanında qaldığı üçün erkək arı cütləşmədən 3-4 saat sonra ölür. Erkək arının tənəsül orqanı ana arının tənəsül orqanında olan zaman onun toxumu ana arının toxum qəbuledici kisəsinə tökülür. Bu toxum bir necə milyon spermatozoiddən ibarət olur. Ana arı qovuqcuqdan çıxdıqdan 6-8 gün sonra ilk bələdləmə ucuşuna, 12-14-cü gün isə cütləşmə ucuşuna çixir. Çünki bu vaxt cinsi yetişkənliyə çatir. Ümumiyyətlə erkək arılar öz ailəsinə çox da bağlı olmurlar. Onlar çox asanlıqla bir ailədən digər ailəyə köçürlər. Sentyabr-oktyabr aylarında ailədə erkək arıların olması yaxşı hal deyildir. Çünki bu o deməkdir ki, ya ana arı cütləsmə zamanı itmişdir yaxud da ana mayalanmamış qalmışdır.

Erkək arı uçuş zamanı çoxlu enerji sərf edir. Ona görə də onun yemə ehtiyacı çox olur. Müəyyən edilmişdir ki, 1kq erkək arının əmələ gəlməsinə və onun 2-3 ay yaşamasına 15-20 kq bal lazimdir. Bundan başqa hər bir erkək arının yetişməsi üçün sərf edilən yem işşi arının yetişməsi üçün sərf edilən yemdən 4 dəfə artıqdır. Buna görə də arıcılar erkək arı yetişməsini məhdudlaşdırmaq və ya onları məhv etmək üçün ciddi tədbirlər görürlər.

Erkək arının yetişməsi ancaq mayalanmamış ana olan yerdə və yüksək məhsuldarlığı ilə fərqlənən ailələrdə zəruridir. Belə bir sual ortaya çıxa bilər: madam ki, ananın mayalanması üçün 7-8 erkək arı kifayətdir, onda nə üçün ailədə yüzlərlə erkək arı yetişir. Bu onunla izah edilir ki, ana arı pətəkdə deyil, açıq havada mayalanır, havada isə ana arı müxtəlif təhlükələrlə qarşılaşır. Arıyeyən quşlar ananı məhv edir, külək onu müxtəlif əşyalara çırpıb qanadlarını qırır, yaxud uzağa uçaraq aza bilir.

Ümumiyyətlə uzunmüddətli uçuş ana arı ücün təhlükəlidir. Buradan aydın olur ki, erkək arının çox olması ana arı ilə tez görüşməyə imkan yaradır. Ana arı havada nə qədər qısa müddətdə qalarsa, onun ölüm qorxusu da bir o qədər azalar. Arı beçə verən zaman erkək arı ilə ana arının görüşməsi və ya mayalanması üçün ən yaxşı şərait yaranır
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri