Quşların xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 766
Səs ver:
(səs: 0)
Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda buynuz maddəsindən təşkil olunmuş üst və alt dimdik vardır. Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü olan pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.

Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.

Bədən xaricdən kontur (biçim)lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü-çalma, sükan və örtük lələkləri olur.

Cücələr, dəvəquşular, ördəklər və qağayılar kimi Precocial quşları da yumurtadan çıxan kimi hərəkət edirlər. Onların yumurta sarısı bayquşlar, ağacdələnlər kimi böyük olur və bu da onların yumurtada tam böyüməsinə imkan verir. Digər oxuyan quşlarda isə yumurtadan çıxan balaların bir müddət qayğıya ehtiyacı olur.

Quşların hava kisəsi onun bədən həcminin 20% -ni təşkil edir.
Quşlarda sidik kisəsi reduksiyaya uğramışdır. Bu da onların yüngül olmalarına kömək edir.
Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur. Quşların bədən temperaturu təxminən 42- 43 dərəcəyə çatır
Quşlar nəfəs aldığı havanın dörddə üç hissəsini bədənlərini soyutmaq üçün sərf edirlər, çünki onlar tərləyə bilmirlər.
Sakit halda quşların ürəyi dəqiqədə 400 dəfə, uçan zaman isə dəqiqədə 1000 dəfə döyünür.

Yeni Zelandiyada kivi quşu dünyada qanadı olmayan yeganə quşdur.

Köçəri qaz və ördəklər miqrasiya edərkən V formasında uçurlar. Bu zaman hər bir quşun qanad çalması zamanı yaranan qaldırıcı qüvvə o birisinə kömək edir və beləliklə də onlar az enerji sərf etmiş olurlar.

Göyərçinlər saatda 100 mil sürətlə uçmağa qadirdirlər. Şahinlər və cüllütlər isə saatda 200 mil sürət ala bilirlər.

"Adam is homo", dəvəquşu və dront quşları isə ümumiyyətlə uça bilmir.

Birinci dünya müharibəsi zamanı Poçtalyon Cher Ami quşu gözlərini və ayaqlarını itirməsinə baxmayaraq məlumatı lazım olan yerə çatdıra bilmişdi. Onu Əla xidmət nişanı ilə təltif etmişdilər. Sonra onun ayaqlarını protez ayaqlarla əvəz etmişdilər.

Yeni Qvineyada yaşayan Papua pitohui quşu dünyada yeganə zəhərli quş hesab edilir. Zəhər onun lələklərində və dərisində olur.

Amerikanın ətyeyən hind quşu yeraltı benzin, qaz kəmərlərinin xarab olmuş yerlərini tapmağa kömək edir. Sızma olan yerlərdə yaranan iy leş iyinə oxşadığından onlar həmin yerə toplaşırlar və mühəndislər həmin yerdə kəmərin xarab olduğunu müəyyən edirlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri