Balıqların tənəffüsü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 246
Səs ver:
(səs: 1)
Balıqlarda tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir. Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında böyüklüyünə və saylarına görə bir-birindən fərqlənən qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyar qan damarlarından ibarət qəlsəmə üzgəcləri mövcuddur.[Mənbə göstərin]

Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın bir litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi.[Mənbə göstərin]

Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir.Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmamağı ilə əlaqədardır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri